Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayonun Kələxan, Kəlvəz, Məhləabad, Hüseynabad və Göydərə kəndlərinə mavi qaz verildi.

06 oktyabr 2013 | 15:00

05 oktyabr 2013-cü il tarixdə Lerik rayonunun Kələxan, Kəlvəz, Məhləabad, Hüseynabad və Göydərə kəndlərinə (175 abonent) mavi qazın verilməsi münasibəti ilə Kələxan kəndində açılış mərasimi keçirildi.
   Mərasimdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin üzvü İqbal Məmmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Araz Ağayev, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak edirdilər.
     Tədbiri kənd sakini Hüsaməddin Abbasov giriş sözü ilə açaraq bildirdi ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın hər yerində olduğu kimi Lerik rayonunda və onun ən ucqar kəndlərində belə, tikinti abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Rayonun 30-dan yuxarı kəndinə qaz xətti çəkilmişdir. Bu gün daha 5 kəndinə, 175 abonentin evinə mavi qaz verilməsi mərasiminə toplaşmışıq. Qısa zaman ərzində çətin relyefə malik olan bu kəndlərə qaz xəttinin çəkilməsi, ən ucqar kəndlərdə belə mavi qazın şölələnməsi böyük hünərdir. Bütün bunlar cənab Prezidentin diqqət və qayğısının bariz nümunəsidir. Mən kənd  ağsaqqallarının, ziyalılarının, xüsusi ilə anaların adından cənab Prezidentə dərin minnətdarlığımızı və razılığımızı bildiririk.
     Daha sonra kənd ağsaqqalları adından Rəsul Quliyev, Əvəz Əmirov, Həmzə Vəliməmmədov çıxış edərək kənd sakinləri adından göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz razılıq və minnətdarlıqlarını bildirdilər.
   Mərasimdə millət vəkili İqbal Məmmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev çıxış edərək kənd sakinlərini təbrik etdilər. Dövlət başçısı Cənab İlham Əliyevin tapşırığı, qayğı və diqqəti ilə respublikada, o cümlədən Lerikdə həyata keçirilən geniş layihələr haqqında məlumat verdilər.
    Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov kənd sakinlərini gözəl gün münasibəti ilə təbrik edərək qeyd etdi ki, Cənab Prezidentin qayğı və diqqəti ilə Dövlət Proqramına uyğun olaraq rayonumuzda geniş abadlıq-quruculuq işləri aparılır. Modul tipli elektrik stansiyası inşa olunur, Lerik-Qosmalian-Kəlvəz yolu yenidən tikilmiş, Lerik şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi qurulur, yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir. Bildirdi ki, 14 sentyabr 2013-cü il tarixdə cənab Prezident Noda-Şingədulan-Xanagah yolunun əsaslı tikintisi üçün Sərəncam imzalamışdır. Tikinti işlərinə başlanılmışdır. Təkcə bu illəri 8 yeni məktəb tikilərək istifadəyə verilmiş, daha 6 məktəbin tikinti işlərinə başlanılmışdır. 5 oktyabr həm də Beynəlxalq Müəllimlər günüdür. Bu gün münasibəti ilə ərazidə yaşayan bütün müəllimləri təbrik etdi. Kəndlərimizin qazlaşdırılması istiqamətində xüsusi iş aparılmış və qısa vaxt ərzində artıq 32 kəndimizə mavi yanacağın verilməsi təmin edilmişdir. Bu gün daha 5 kəndə mavi qaz veriləcəkdir. Bu kənd əhalisinin sosial-məişət şəraitini daha yaxşılaşdıracaqdır. Hal-hazırda daha 12 kəndində qazlaşdırma işləri aparılır və bu iş rayonun digər ərazilərində də davam etdiriləcəkdir.
     Daha sonra ərazidə mavi yanacağın verilməsini bildirən rəmzi məşəl tədbir iştirakçılarının alqışları altında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin iştirakı ilə alovlandırıldı.

Keçidlər