Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü Lerik rayonunda qeyd olundu.

05 oktyabr 2013 | 15:00

Oktyabrın 4-də Lerik rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilmişdir.  Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində keçirilmiş tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, rayon təhsil şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Lerik Rayon Komitəsinin nümayəndələri iştirak etmişdir.
     Tədbiri giriş sözü açan Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov çıxış edərək bu əlamətdar gün münasibəti ilə müəllimləri təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonda 40 yaxın yeni məktəbin tikildiyini, 23 məktəbin əsaslı təmir olunmasını və məktəblərin ən müasir avadanlıq və ləvazimatlarla, kompüterlərlə təchiz edilərək  internetə qoşulmalarını, təhsil sahəsində qazanılan uğurlardan və 4 məzunun 600-dən yuxarı, 7 məzunun isə 500-dən çox bal toplamasını qeyd etdi. Ənənəvi hal kimi hər il Respublikada olduğu kimi rayonun da qabaqcıl müəllimlərin ölkə başçısı tərəfindən təltif olunmasını vurğulayaraq ölkə rəhbərinə minnətdarlığını və razılığını bildirdi.
    Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 5 oktyabr –  Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı. Həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin  müəllimi Kərimova Dünyaxanım Qulu qızının “Tərəqqi” medalı ilə təltif edilməsi cənab  prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsi olduğunu vurğuladı.
   Tədbirdə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva, rayon təhsil şöbəsinin əməkdaşı Fəxrəddin Muradov, 1 saylı texniki fənlər təmayüllü liseyin müəllimlərindən Rəsul Cahangirov və Zakir Vəliyev, şəhər 2 saylı tam orta məktəbin müəllimi Hacıbaba Mirzəyev, şəhər 3 saylı məktəbin müəllimi Tamella Quliyeva, Rvarud kənd tam orta məktəbinin müəllimi Mehdi Salayev, Nuravud kənd tam orta məktəbinin müəllimi  Rasim Niftiyev, tədbirə qonaq kimi dəvət edilmiş “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli, və başqaları çıxış edərək dövlət başçısı tərəfindən təhsil sahəsinə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar.
     Sonda təhsil sahəsində uzun müddət çalışmış, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənmiş müəllimlərə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi.

Keçidlər