Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Bibiyani və Nüvədi kəndlərində yeni məktəblər istifadəyə verildi.

28 sentyabr 2013 | 15:00

27 sentyabr 2013-cü il tarixdə 180 şagird yerlik Bibiyani və 80 şagird yerlik Nüvədi kənd ümumi orta məktəbləri üçün yeni inşa edilmiş məktəb binalarının açılışı oldu.
    Açılış tədbirlərində Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak etdilər.
     Tədbirlər məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində respublikamızın hər yerində, o cümlədən rayonumuzda görülmüş işlər barədə geniş və ətraflı məlumat verdi.  Təhsil sahəsində qazanılmış uğurları vurğulayan təhsil şöbəsinin müdiri bildirdi ki, son on ildə rayonda 34 məktəb, 3 uşaq bağçası inşa edilmiş, 23 məktəb, 1 uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Bu gün isə yeni inşa edilmiş məktəblərin siyahısına daha iki məktəb əlavə edilir. Yaxın günlərdə daha 8 məktəbin inşası, 1 məktəbin isə əsaslı təmiri başa çatdırılacaq, əlavə olaraq 6 məktəbin tikintisinə start veriləcəkdir. İnşa edilmiş bütün məktəblər ən müasir avadanlıqlarla, dərs ləvazimatları ilə, kompüterlərlə təchiz edilmişdir.
     Nüvədi kənd ümumi orta məktəbinin açılışı ilə bağlı keçirilən tədbirdə məktəbin direktoru Zahid Səmədov, kənd ziyalıları adından Çingiz Nəsirov, Bibiyani kənd məktəbinin açılışı ilə bağlı tədbirdə şəhid bacısı Qızılgül Qasımova, ağsaqqal Bəylər Qafarov, məktəbin gənc müəllimi Taleh Şahbazov çıxış etdilər və yaradılan şəraitə, göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.
   Milli Məclisin deputatı İqbal Məmmədov və Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov kənd sakinlərini təbrik etdilər, rayonda aparılan tikinti-quraşdırma işləri, tikilən yollar, çəkilən qaz və su xətləri, bərpa edilən elektrik təsərrüfatı haqqında məlumat verdilər. Dövlət rəhbərinin rayonumuza olan xüsusi diqqət və qayğısının nəticəsinin hər bir sakinimizin həyatında hiss edilməsi bir daha vurğulandı.
    Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov tərəfindən birinci sinif şagirdlərinə məktəbli çantası və məktəb ləvazimatları hədiyyə edildi, tədbir iştirakçılarının alqışı ilə məktəblərin açılışını bildirən rəmzi qırmızı lentlər kəsildi.
      Yeni inşa edilən məktəblərdə müəllim kollektivi və şagirdlər üçün yaradılan şəraitlə tanışlıq oldu.

Keçidlər