Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə “Gənclərin seçkilərdə rolu və seçimi ” mövzusunda tədbir keçirilmişdir.

20 sentyabr 2013 | 15:00

19 sentyabr 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının  gənclər birliyinin və “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin seçkilərdə rolu və seçimi ” mövzusunda tədbir keçirilmişdir.
     Tədbirdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazov, Birliyin baş katibi Hacıbəy Heydərli, idarə heyətinin üzvü Cavid Süleymanov, YAP Lerik rayon təşkilatı gənclər birliyinin sədri Zamiq Əhədov və ilk dəfə səs vermə hüququ olan gənclər və rayon ictimaiyyətinin gənclərdən ibarət nümayəndələri iştirak edirdilər.
     Tədbiri giriş sözü ilə YAP Lerik rayon təşkilatı gənclər birliyinin sədri Zamiq Əhədov açaraq qeyd ki, 9 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Seçkiləri günüdür. Hər bir vətəndaş seçki günü səsvermədə iştirak edərək öz seçimini etməlidir. Burada ilk dəfə səsvermə hüququna malik olan gənclərimiz iştirak edir. Onlar səsvermə prosesini öyrənməli və seçkilərdə öz səslərini verməlidirlər. Lakin səs verərkən Prezidentliyə namizədləri tanımalı, düzgün seçim etməlidirlər. Hamı bilir ki, Azərbaycanın daxili və xarici siyasətini uğurla həyata keçirən Prezidentimiz İlham Əliyevdir. Ölkə başçısının yürütdüyü uğurlu daxili siyasətin nəticəsində bu gün regionlarda sürətli inkişaf gedir, abadlıq quruculuq işləri aparılır. Bu inkişafı Lerik rayonunun timsalında görmək mümkündür. Bu gün lerikli gənclərimizin bir namizədi vardır, bizim Prezidentimiz İlham Əliyevdir. Gənclərimiz cənab İlham Əliyevi dəstəkləyir və qarşıdan gələn prezident seçkilərində yekdilliklə ona səs verəcəklər.
    “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazov gənclərin seçkilərdə rolundan söhbət açdı. Azərbaycanda dövlət gənclər siyasəti haqqında məlumat verdi. Dövlətçiliyə bağlı olan gənclər üçün  istər təhsil, istərsə də digər sahələr üzrə şərait yaradılmasında, gənclərin dövlət idarəçilik sistemində ön sıralara çəkilməsi sahəsində Cənab Prezidentimizin rolunun olmasından danışdı. Cənab Prezidentimizin Azərbaycanın inkişafı naminə gördüyü işləri gənc nəsilə aşılamaqdan ötrü  facebook sosial şəbəkəsində “Gənclərin lideri İlham Əliyev” adlı qrupun yaradılmasından danışdı.
    “İslahatçı Gənclər” İctimai Birliyinin baş katibi Hacıbəy Heydərli, idarə heyətinin üzvü Cavid Süleymanlı çıxışlarında gənc nəslin informasiya texnologiya sahələrində daha geniş yayılan sosial şəbəkələr barədə geniş məlumat verdilər. Gənclərin sosial şəbəkələrdə seçki fəallığı ilə bağlı təqdimat oldu.
     Sonra tədbir iştirakçılarından Sevil Əliyeva, Ramin Ağayev çıxış edərək cənab Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini və qarşıdan gələn prezident seçkilərində bir namizədə, cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Keçidlər