Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Kələxan və Nuravud kənd məktəbləri istifadəyə verildi.

18 sentyabr 2013 | 15:00

17 sentyabr 2013-cü il tarixdə yeni inşa olunmuş 80 şagird yerlik Kələxan kənd ümumi orta və əsaslı təmir olunmuş 180 şagird yerlik Nuravud kənd tam orta məktəblərinin açılış mərasimləri keçirildi.
    Tədbirdə  Lerik  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rövşən  Bağırov, Milli Məclisin deputatı  İqbal  Məmmədov,  rayonun idarə, müəssisə, təşkilat və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
    Hər iki tədbiri giriş sözü ilə açan Lerik rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov son illər cənab Prezidentin diqqət və qayğısı nəticəsində Respublikamızın hər yerində olduğu kimi Lerik rayonunda da müasir tələblərə cavab verən məktəblərin tikintisi, təhsil sahəsində qazanılan uğurlar barədə məlumat verdi.
   Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkili İqbal Məmmədov məktəblərin açılışı münasibəti ilə müəllim və şagirdləri, kənd əhalisini təbrik etdilər.
    Tədbirdə çıxış edən müəllim,  valideyn  və şagirdlər  yeni  məktəblərin tikintisinə görə ölkə rəhbərliyinə razılıq və minnətdarlıqlarını bildirdilər.
   Rayon icra hakimiyyəti başçısı və Milli Məclisin deputatı tərəfindən birinci sinif şagirdlərinə məktəbli forması və məktəb ləvazimatları hədiyyə edildi.
    Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Keçidlər