Yeni inşa olunmuş məktəblər istifadəyə verildi.
16 sentyabr 2013-cü il tarixdə yeni inşa olunmuş 180 şagird yerlik Molalan və Livədirqə kənd ümumi orta məktəblərinin açılış mərasimləri keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Hər iki tədbiri giriş sözü ilə açan Lerik rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov açıq elan etdi. Qeyd etdi ki, son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonumuzda 40-dan çox yeni məktəb tikilmiş, məktəblər müasir avadanlıq və ləvazimatlarla, komputerlərlə təchiz edilmiş və internetə qoşulmuşlar. Bunun nəticəsində son illərdə rayon üzrə ali təhsil müəssisələrinə qəbul olanların sayı artmışdır.
Tədbirlərdə çıxış edən müəllim, valideyn və şagirdlər yeni məktəblərin tikintisinə görə ölkə rəhbərliyinə razılıq və minnətdarlıqlarını bildirdilər.
Rayon icra hakimiyyəti başçısı və Milli Məclisin deputatı tərəfindən birinci sinif şagirdlərinə məktəbli forması və məktəb ləvazimatları hədiyyə edildi.
Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.