Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon ərazisində işsiz və işaxtaran vətəndaşların işlə təmin olunması məqsədi ilə "Əmək yarmarkası" keçirilmişdir.

14 sentyabr 2013 | 15:00

13 sentyabr 2013-cü il tarixdə Lerik rayon Məşğulluq Mərkəzi tərəfindən rayon Mədəniyyət evinin foyesində rayon ərazisində işsiz və işaxtaran vətəndaşların işlə təmin olunması məqsədi ilə növbəti ənənəvi “Əmək Yarmarkası” keçirilmişdir.
  Yarmarkada Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov, Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Xətai Mehralıyev, Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov çıxış edərək əmək bazarı haqqında geniş məlumat vermişlər.
     Yarmarkada iştirak 18 dövlət, 4 qeyri-dövlət müəssisəsi tərəfindən 370 boş iş yeri  yarmarkaya təqdim edilmişdir. 470 nəfərdən yuxarı rayon sakininin qatıldığı əmək yarmarkasında 48 nəfər iş axtaran rayon sakininə işə düzəlmək üçün göndəriş verilmişdir.  
     Tədbirdə əlaqədar təşkilatların rəhbərləri iştirak etmişdir.

Keçidlər