1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günüdür
1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasovun, Milli Məclisin deputatı İqbal Məmmədovun, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov prokurorluq işçilərini peşə bayramı günü münasibəti ilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Milli Prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci imzaladığı sərəncamla oktyab ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanları üzərlərinə düşən vəzifələrin öhtəsindən layiqincə gəlirlər.
Rayon prokuroru Akif Rzayev və digərləri çıxışlarında ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar.
Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən prokurorluq əməkdaşlarına Fəxri Fərmanlar təqdim edilib.