Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Keçirilmiş tədbirlər

01.04.2014
Lerik Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyununun VII Respublika çempionatının rayon birinciliyi keçirilmişdir. Şəhər 1 saylı texniki fənlər təmayüllü liseydə keçirilmiş yarışda gənclərdən ibarət 4 komanda iştirak etmişdir. İntellektual yarışmanın qalibi rayon gənclərindən ibarət «Lik» komandası olmuşdur.

 

25.04.2014 
Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseydə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş yeniyetmələr arasında intellektual yarış keçirildi.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Rövşən Rüstəmov çıxış edərək iştirakçılarını salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və  qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
İntellektual oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Bilik yarışında rayonun 1 saylı texniki fənlər təmayüllü liseyi, 2 və 3 saylı tam orta məktəbləri, orta internat məktəbinin, Cəngəmiran və Lüləkəran kənd tam orta məktəblərinin şagirdlərindən ibarət komandalari iştirak etmişlər. Yarışda 1 saylı texniki fənlər təmayüllü liseyin komandası I yeri, 3 saylı tam orta məktəbin komandası II yeri, Cəngəmiran kənd tam orta məktəbin komandası isə III yeri tutmuşlar. Qaliblərərə rayon gənclər və idman idarəsinin diplomları və qiymətli hədiyyələri təqdim edilmişdir.

Keçidlər