Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsi rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin uçota alınmasını, onlardan məcburi dövlət sosial sığorta haqlarının toplanmasını, eləcə də qanunda nəzərdə tutulmuş digər tədbirləri həyata keçirir. 01.01.2014-cü il tarixə şöbə rayon üzrə faktiki fəaliyyət göstərən 490 nəfər hüquqi, 1937 nəfər fiziki, 6090 nəfər torpaq pay mülkiyyətçisinə xidmət göstərilir.
Şöbə rayon ərazisində qeydiyyatda olan əmək pensiya hüququ yaranmış vətəndaşlara pensiyaların təyin edilməsi, pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar olaraq müraciətlərinə baxılmasını, pensiyaçılara pensiya və müavinətlərin ödənilməsini, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsini təmin edir. Şöbə üzrə ümumilikdə 10954 pensiyaçıya xidmət göstərilir.
Şöbə tərəfindən hər bir sahibkarın, eləcə də onların işçilərinin, pensiyaçıların fərdi uçot sistemində qeydiyyata alınmasını, onlar barədə məlumatı vahid informasiya bazasına işlənməsini həyata keçirir.
Müdir: Mirzəyev Malik Soltanağa oğlu
ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi 35
tel: 025 274-63-83
e.mail: lerik@sspf.gov.az