Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Elektron müraciət

Elektron müraciətlərlə iş üzrə məsul şəxs:

Baxşıyev Cəlil Yüzbaşı oğlu - Rayon icra hakimiyyəti başçısının birinci müavini, əlaqə telefonu 025-274-60-21

2018-cı il ərzində icra hakimiyyətinin elektron poçt ünvanına daxil olmuş 38 elektron vətəndaş müraciəti “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq qeydiyyata alınaraq icraya götürülmüş, qanunauyğun şəkildə araşdırılmış, müvafiq arayışlar hazırlanaraq cavablandırılmışdır. 95 dövlət qurumu və təşkilatlardan elektron məktub daxil olmuş, rayon icra hakimiyyəti tərəfindən idarə və təşkilatlara, vətəndaşlara 783 arayış, məktub və cavab elektron qaydada göndərilmişdir.

Vətəndaşların rayon mərkəzinə gəlmədən rayon icra hakimiyyəti başçısı tərəfindən qəbulu və müraciətlərinin dinlənilməsini təmin etmək məqsədilə Çayrud, Piran, Şingədulan, Noda və Qosmalian ərazi icra nümayəndəliklərində qurulmuş Operativ İdarəetmə Mərkəzləri üzərindən video konfrans vasitəsi ilə ərazilərdə səyyar görüş-qəbullar keçirilmiş, 14 vətəndaş qəbul edilərək dinlənilmiş, qaldırılan həlli mümkün problemlərin aradan qaldırılmasına köməklik göstərilmişdir.

 

 

Keçidlər