Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Fəaliyyət

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Elmidar oğlu
       Bağırovun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələrlə bağlı

H E S A B A T I

2019-cu il ərzində ¬respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirməklə sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmışdır.
Təsadüfi deyildir ki, dünya qlobal maliyyə və iqtisadi böhranı şəraitində inkişaf edən bir çox dövlətlər ciddi çətinliklərlə üzləşdikləri halda, Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırmış, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilmiş, iqtisadiyyatımız artan templə inkişaf etmişdir. Bütün bunlara nail olunmasında isə cənab Prezidentin rəhbərliyi və biləvasitə təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, kənd təsərrüfatının inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və dəstəklənməsi tədbirləri xüsusi önəm kəsb etmişdir.
Prezident İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə bütün bunlar barədə ətraflı bəhs etmişdir. Dövlətimizin başçısı bildirmişdir: “Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olub. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olub-həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”.
Hesabat ilində ümumi daxili məhsul 2,2 faiz, o cümlədən qeyri-neft sektoru 3,5 faiz, əhalinin hər nəfərinə düşən ümumi daxil məhsul 1,4 faiz, sənaye istehsalı 1,8 faiz, qeyri-neft sektorunun sənaye istehsalı 14,3 faiz, kənd təsərrüfatı 7,2 faiz, nəqliyyat sektorunda yük daşınması 2,2 faiz, nəqliyyat sektorunda sərnişin daşınması 2,7 faiz, informasiya və rabitə xidmətləri 15,9 faiz, pərakəndə ticarət dövriyyəsi 3,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 3,1 faiz, dövlət büdcəsinin gəlirləri 7,5 faiz, dövlət büdcəsinin xərcləri 7,4 faiz, əhalinin nominal gəlirləri 7,4 faiz, əhalinin hər nəfərinə düşən nominal gəlirlər 6,5 faiz, əhalinin banklardakı əmanətləri 7,5 faiz, kredit qoyuluşları 20,3 faiz, orta aylıq nominal əmək haqqı 15,4 faiz, əhalinin sayı 0,9 faiz, xarici ticarət dövriyyəsi 3,2 faiz artmışdır. İnflyasiya isə cəmi 2,6 faiz həddində qərarlaşıb. Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 4800 dollar, valyuta ehtiyatları 51 milyard dollar, ixrac 19,6 milyard dollar, sərmayə qoyuluşu 13,5 milyard dollar olmuşdur.
Son illərdə müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf etmiş, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılmış, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan ¬“SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları, Bakıda “Şimal-2” elektrik stansiyası, TANAP qaz kəməri istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dayanıqlığının təmin edilməsi, onun neft və qazdan asılılığının daha da azaldılması, iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində atılan mühüm addımlar, şübhəsiz ki, ölkə həyatının bütün istiqamətlərində, o cümlədən, yol təsərrüfatında da köklü islahatların aparılmasını sürətləndirmişdir. Ümumiyyətlə, son 16 ildə dövlətimizin başçısının düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılan uğurlar daha da möhkəmləndirilmiş, avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkəsinin bərpasına xüsusi önəm verilmişdir. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirmiş, turizm potensialından səmərəli istifadəni təmin etmişdir.
Prezident İlham Əliyev müşavirədə bu barədə danışaraq, cari ildə həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələrin icra ediləcəyini diqqətə çatdıraraq demişdir: “Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulub. Keçən il 1300 kilometr yol çəkilib. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsində yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik.
İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaq”.
2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı imzalanmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Biz inanırıq ki, yola saldığımız illər kimi 2020-ci il də xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq, hər kəs öz elinə, obasına, xalqına, dövlətinə, vətəninə könüllü olaraq təmənnasız xidmət edəcək, ölkəmizin inkişafında öz imzasını yazacaqdır.
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizdə dinamik inkişaf davam etməkdədir. Ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ının icrasının təmin edilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının 97 nömrəli, 19 mart 2019-cu il tarixli sərəncamı imzalanmış, Tədbirlər Planı təsdiq edilmişdir. Qarşıdakı illər ərzində əhalini narahat edən və rayon ərazisində həyata keçirilməsi nəzərdə tutulmuş bütün məsələlər Tədbirlər Planında öz əksini tapmışdır. Dövlət Proqramının nəzərdə tutulmuş vaxtda icrasının təmin edilməsindən ötrü rayon icra hakimiyyəti tərəfindən ayrı-ayrı yuxarı dövlət orqanlarına müraciət məktubları hazırlanmışdır. 
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları ölkənin hər yerində olduğu kimi rayonumuzda da uğurla icra edilmişdir. Rayonda yeni infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmiş, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoymuş, yeni avtomobil yolları inşa edilmiş, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir. 10 mindən yuxarı yeni iş yeri yaradılmışdır. Bütün sahələrdə inkişaf qeydə alınmışdır. Lerik şəhəri daxil olmaqla kəndlərimizdə abadlıq-quruculuq iºləri aparılmışdır.
2019-cu ildə rayon üzrə 1231, o cümlədən 333 daimi, 868 isə müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2019-cu illər ərzində 14681 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.
İlkin hesablamalara görə 2019-cu ildə rayonun əsas sahələri üzrə məhsul istehsalının həcmi xeyli artmışdır. Bu müsbət nəticələr tikinti-abadlıq sahəsində, ümumi daxili məhsulun artımı sahəsində, xalq təsərrüfatının, əsasən də kənd təsərrüfatının digər sahələrində görünməkdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2015-2017-ci illərdə tikintisinə başlanılmış 14 fərdi yaşayış evinin tikinti işləri maliyyə vəsaiti ayrılmadığından dayandırılmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət nəticəsində fərdi yaşayış evləri qəza vəziyyətinə düşmüş vətəndaşlar üçün hesabat ilində 26 fərdi yaşayış evinin tikintisi başa çatdırılmış, 4 yaşayış evinin tikintisi isə davam etdirilir.
Yeni il ərəfəsində Lerik şəhərində inşası başa çatdırılmış 48 mənzilli, 4 mərtəbəli, 3 girişli yeni yaşayış binasında tam təmirli və fərdi istilik sistemi ilə təmin olunmuş mənzillər vətəndaşlara verilmişdir. 56 km-lik Lənkəran-Lerik və 22 km-lik Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Monidigah və Lüləkəran kənd sakinlərinin müraciətləri nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2,5 km-lik Blaband-Monidigah və Lüləkəran kəndinə gedən 1,5 km-lik yolun asfaltlaşdırılması həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin rayonumuza ən böyük hədiyyələrindən biri də rayona mavi yanacağın verilməsidir. Ölkə başçısının qayğı və diqqəti ilə artıq rayonun 53 yaşayış məntəqəsi, o cümlədən 2019-cu ildə Peştətük, Vizəzəmin və Cəngənəvud kəndləri tam qazlaşdırılmışdır. Rayon üzrə qazlaşmayan bütün yaşayış məntəqələri üzrə tələb olunan sənədlər rayon icra hakimiyyəti tərəfindən “Azəriqaz” İstehsalat Birliyi ilə birlikdə hazırlanaraq Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir. 2020-ci il üçün rayon üzrə 10-dan çox yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Hesabat ilində şəhərin Arzuman Əsədullayev, Həzi Aslanov, Cəfər Cabbarlı, Şıxəli Qurbanov, Nəsimi, Elşən Qasımov və digər küçələri asfaltlaşdırılmışdır. Lerik şəhər mərkəzi parkında təmir-bərpa işləri aparılmış, Həzi Aslanov, Elmar Qarayev küçələrində 200 metrdən yuxarı istinad divarı inşa edilmişdir. Şəhərin işıqlandırılmayan küçə və dalanlarında işıqlandırma işləri həyata keçirilmişdir. Rayon sakinlərinin ən çox istirahət etdiyi Nizami küçəsindəki mərkəzi park yenidən qurulmuş, parkda müasir oturacaqlar, işıqlandırma sistemi quraşdırılmışdır. 2020-ci il üçün şəhərin asfaltlaşdırılmamış küçələrinin, dalanlarının asfaltlaşdırılması, yeni istinad divarlarının tikintisi, su arxlarının qurulması, bir neçə küçənin işıqlandırılması və digər abadlıq-quruculuq işlərinin aparılması planlaşdırılmışdır.
Lerik şəhərində 3 mərtəbəli, 950 yerlik şadlıq sarayının tikintisində işlər davam etdirilmişdir. Həmin ərazidə mövcud olan iki mərtəbəli binanın birinci mərtəbəsində gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman zalı istifadəyə verilmiş, ikinci mərtəbəsində isə hər cür şəraiti olan 10 nömrəlik otel-mehmanxananın tikintisində isə son tamamlanma işləri aparılır. İş adamı tərəfindən ərazidə inşa edilən binalarda 2018-ci tədris ilindən fəaliyyətə başlayan “Uğur” kurslarının Lerik filialında 2018-2019-cu tədris ilində 57 şagird, 2019-2020-ci tədris ilində isə 112 şagird təhsillərini davam etdirirlər. Kurslarda təhsil alan şagirdlərlə 22 nəfər müxtəlif ixtisaslı müəllimlər məşğul olur. Ümumilikdə kursun fəaliyyətə başlaması ilə əlaqədar 30-a yaxın rayon sakini işlə təmin edilmişdir.
“Relax” turizm istirahət mərkəzində dəyəri 1 milyon 280 min manat olan yeni otellər, Piran kəndində yanacaqdoldurma məntəqəsi inşa edilir.
Son illər rayonumuzun ayrı-ayrı ərazilərində yaşayan əhali və rayonumuzdan köçərək ölkənin digər yerlərində yaşayan həmyerlilərimiz  doğulub boya-başa çatdıqları kəndlərin abadlaşdırılmasından ötrü hər kəs tərəfindən bəyənilən quruculuq-abadlıq işləri həyata keçirirlər. Atılan bu addım, görülən abadlıq işləri sakinlərimiz tərəfindən rəğbətlə qarşılanır və hər kəs bu cür işlərdə öz payını verməyə çalışır. Lərmərud, Vizəzəmin, Gürdəsər, Şingədulan, Livədirqə, Bürsülüm və digər kəndlərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə Çayrud kənd sakinləri də qoşulmuşdur. Çayrud kəndində görülən işlər əvvəlki illərdə rayon ərazisində görülən işlərdən həm miqyasına və həm də işlərin görülməsi üçün cəlb edilən ianələrin məbləğinə görə fərqlənir. Çayrud kənd ictimaiyyət nümayəndələrinin, Çayrud kənd ərazi icra nümayəndəsinin və Çayrud bələdiyyəsinin iştirakı ilə Çayrud kəndində təmizlik aksiyası keçirilmiş və kəndin bütün ərazisindəki zibilliklər təmizlənmişdir. Kəndin ictimai yerlərində təmizliyin qorunub saxlanması məqsədi ilə 30 ədəd zibil qabı alınaraq müxtəlif yerlərdə qoyulmuşdur. Qəbiristanlıq üçün ayrılmış yeni torpaq sahəsi hasara alınmış, orada müvafiq şərait yaradılmışdır. Kənddə 2 piyada körpüsü inşa edilmişdir. Kənddaxili avtomobil yolları genişləndirilmiş, yollara çınqıl döşənmiş, yol kənarlarında 400 metrdən yuxarı istinad divarı hörülmüş, su axarlar quraşdırılmış, küçələrin işıqlandırılması üçün 40 ədəd işıq dirəyi basdırılmışdır. Kənddə tikinti-abadlıq işləri davam etdirilir.
Soru kəndində iş adamı tərəfindən kənd qəbiristanlığı mişar daşlarından istifadə edilməklə hasara alınmış, qəbiristanlığın ətrafı abadlaşdırılmışdır.
Rvarud kənd sakinlərinin dəstəyi ilə Monidigah-Rvarud avtomobil yolunda təmir-bərpa işləri aparılmışdır.
2019-cu ildə rayonumuzun yerli gəlir və xərcləri 5 milyon 855 min manat proqnozlaşdırılmışdır. Büdcənin mədaxil hissəsinin cari gəlirləri 2 milyon 135 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait (dotasiya) 3 milyon 720 min manat nəzərdə tutulmuşdur.
Yerli büdcənin mədaxil hissəsinin cari gəlirləri 2 milyon 135 min manata qarşı 2 milyon 733 min manat və ya 128 faiz yerinə yetirilmiş, bu da nəzərdə tutulduğundan 598  min manat çox olmuşdur.
2019-cu ilin yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait (dotasiya) 3 milyon 720 min manat proqnozlaşdırıldığı halda 3 milyon 250  min manat və ya 87.4 faiz icra edilmiş, dövlət büdcəsindən 470 min manat az vəsait alınmış,  xərclər yerli daxilolmalar hesabına icra olunmuşdur.
Rayonun 2019-cu ilin yerli büdcəsinin məxaric hissəsi 5 milyon 855 min manata qarşı 5 milyon 408 min manat və ya 92.4 faiz icra olunmuş, büdcəyə 447  min manat qənaət edilmişdir.
Mərkəzləşmiş büdcədən əlavə olaraq rayonumuza 2019-cu ildə əmək haqqı artımı ilə əlaqədar olaraq Nazirlər Kabinetinin ehtiyat fondundan 1 milyon 95 min manat, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində haqqı ödənilən ictimai işlərə cəlb edilmiş əlavə işçilərin xüsusi geyim, inventar və materiallarla təmin edilməsindən ötrü mərkəzləşmiş xərclərdən 121,7 min manat, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün prezidentin ehtiyat fondundan 3 milyon manat, məktəb tikintisi üçün əsaslı vəsait qoyuluşundan 274 min manat, yeni istifadəyə verilmiş şəhər 2 saylı uşaq bağçası-körpələr evinin maddi texniki bazasının möhkəmləndirilməsindən ötrü mərkəzləşmiş xərclərdən 50 min manat, ümumilikdə 2019-cu ildə rayonumuzun büdcəsinə əlavə olaraq  4 milyon 541 min manat vəsait ayrılmış və təyinatı üzrə xərclənmişdir.
Mərkəzləşdirilmiş büdcədən maliyyələşən müəssisə və təşkilatlar üzrə büdcə xərcləri 9 milyon 974 min manata qarşı 9 milyon 897 min manat və ya 99 faiz icra edilmişdir.
2019-cu ilin rayon xəzinədarlığına DSMF-nun hesabına  25 milyon 588 min manat vəsait daxil olmuş və təyinatı üzrə xərclənmişdir.
Dövlət büdcəsindən 2020-ci ildə rayonumuzun yerli gəlir və xərcləri 5 milyon 188 min manat proqnozlaşdırılmışdır. Büdcənin mədaxil hissəsinin cari gəlirləri 2 milyon 801 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait (dotasiya) 2 milyon 387 min manat nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlarda, tapşırıq və tövsiyələrdə yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun gücləndirilməsi, aztəminatlı ailələrə dövlət yardımının göstərilməsi günün ən vacib, aktual vəzifəsi kimi qarşıya qoyulmuşdur. Yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin daim diqqət mərkəzində olan məsələlərdəndir.
Carı il ərzində rayon Məşğulluq Mərkəzinə 1658 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Mərkəzə müraciət etmiş vətəndaşlardan 557 nəfərini qadınlar, 499 nəfərini gənclər təşkil edir. İşlə təmin olunanlardan isə 224 nəfərini qadınlar, 202 nəfərini isə gənclər təşkil edir. 01 yanvar 2020-ci il tarixə mərkəzdə 1661 nəfər vətəndaş işaxtaran kimi qeydiyyatdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sosial təşəbbüsü əsasında 2019-cu ildə əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər təşkil olunmuşdur. Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Yeni yaradılmış "DOST İş Mərkəzi" MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir. 2019-cu ildə rayon üzrə sosial vəziyyəti ağır olan, ailə üzvlərindən heç biri işləməyən, rayon məşğulluq mərkəzində işsiz kimi növbədə duran şəxslər müəyyən edilərək, onlardan 365 nəfəri “Dost İş Mərkəzi”nin xətti ilə ictimai işlərə cəlb edilmişdir. İşə götürülmüş vətəndaşlara il ərzində 968,6 min manat əmək haqqı ödənilmişdir. Bundan əlavə 331 nəfər işaxtaran vətəndaşa digər müəssisələrdən təqdim olunmuş vakansiyalara əsasən işə göndəriş məktubları verilmişdir. Beləliklə il ərzində 696 nəfər işsiz vətəndaş müxtəlif işlərə başlamışdır. İşlə təmin olunan vətəndaşlardan  197 nəfəri I rübdə, 304 nəfəri II rübdə, 107 nəfəri III rübdə, 88 nəfəri isə IV rübdə işlə təmin olunmuşdur.
Əmək bazarının təhlili zamanı son illər aparılan islahatlar nəticəsində məşğul əhalinin özəl sektorda daha çox artması müşahidə edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 saylı “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir. Layihəyə Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən edilir və biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilirlər. 2019-cu il ərzində 70 nəfər təlimlərə cəlb olunmuş, onlardan 60 nəfəri təlimləri uğurla başa çatdırmışdır. Təlimi bitirənlərdən 59 nəfərin qiymətləndirməsi də həyata keçirilmişdir. Təlimdə iştirak edənlərdən 1 nəfər isə könüllü olaraq qiymətləndirmə prosesində iştirak etmək istəməmişdir. Qiymətləndirmədən keçən vətəndaşlardan 22 nəfəri əlil, 2 nəfəri  əlil uşaqları tərbiyə edən valideyn, 3 nəfəri şəhid ailəsi, 1 nəfər müharibə veteranı, 2 nəfəri isə ÜDSY alandır.
Ölkə Prezidentinin Sərəncamı imzalandığı gündən 2020-ci ilin yanvar ayının 1-nə kimi layihəyə 143 nəfər vətəndaş cəlb olunmuş və onlardan 120 nəfər qiymətləndirmədən uğurla keçmiş , 115 nəfəri aktivlərlə təmin olunmuşdur. Aktivlə təmin olunmamış  5 nəfərin 2 nəfəri xidmət sahəsi, 1 nəfəri arıçılıq, 2  nəfəri  isə südlük inək üzrə olanlardır ki,  yaxın günlərdə onların da aktivlərlə təmin olunması gözlənilir.
Qeyri-məşğul əhalinin sosial müdafiəsinin təmin edilməsi, xüsusi ilə gənclərin məşğulluğunun gücləndirilməsi sahəsində aktiv tədbirlərin həyata keçirilməsi məqsədi ilə 13 sentyabr 2019-cu il tarixdə rayon Mədəniyyət evinin foyesində “Əmək yarmarkası” keçirilmişdir. Yarmarkada 21 müəssisə iştirak etmişdir. Bunlardan 13 müəssisə dövlət,  3 müəssisə qeyri-dövlət müəssisəsi, 5 müəssisə isə fiziki şəxs olmuşdur. Yarmarkaya 375 boş iş yeri çıxarılmışdır. Tədbirdə 275 nəfər iştirak etmişdir ki, onlardan 40 nəfərinə işə düzəlməkdən ötrü göndəriş məktubu verilmişdir.
Rayon üzrə 9687 nəfər, o cümlədən onlardan 4754-ü yaşa görə, 3879-u əlilliyə görə, 1054-ü ailə başçısı itirməyə görə təqaüd alan vətəndaşlardır. Hesabat ilində 9687 nəfərə 24,571 min manat pensiya, 5131 nəfər sosial müavinət, təqaüd və kompensasiya alan şəxslərə isə 5,628 min manat vəsait ödənilmişdir. Hesabat ilində DSMF-nun rayon şöbəsi tərəfindən 1689 nəfərə sosial müavinət və təqaüd təyin edilmişdir. Fond tərəfindən 70 nəfər ahıl, tənha və qocaya xidmət göstərilir. 2019-cu ildə sanatoriya və bərpa mərkəzlərinə gedən əlillərə 48 ədəd yollayış  növbə əsasında verilmişdir.
“52 №-li Yol İstismar” MMC-nin kollektivi 494 km avtomobil yoluna xidmət göstərir. Hesabat ilində 1160 min manat proqnoza qarşı 1154,3 min manatlıq iş görülmüşdür. Qış tədbirləri üçün 190 min manat, cari təmir işləri üçün 739,3 min manat, sudan mühafizə tədbirləri üçün isə 225 min manat vəsait xərclənmişdir.
Hesabat ilində iribuynuzlu mal-qaranın baş sayı 37934 baş, 2018-ci ilin müvafiq dövrünə nisbətən 1152 baş çox, qoyun və keçilərin sayı 106996 baş, 1412 baş çox olmuşdur. Təsərrüfatlarda 5275,7 ton ət, 2018-ci ilin müvafiq dövrünə nisbətən 605,4 ton çox, 23521,3 ton süd, 7547,2 ton çox, 7425 min ədəd yumurta, 79 min ədəd çox, 220,9 ton yun, 4,4 ton çox istehsal olunmuşdur. 2976,5 hektar sahədə biçin işləri aparılmış, 6647,7 ton, keçən illə müqayisədə 409,4 ton çox məhsul tədarük edilmişdir. 2020-ci ilin məhsulu üçün 2992,5 hektar sahədə herik şumu həyata keçirilmişdir. Hesabat ilində əkilmiş 1422 hektar kartof sahəsindən 17583,9 ton, keçən ilin müvafiq dövrünə nisbətən 980,8 ton çox, 314 hektar tərəvəz sahəsindən 4033 ton, 429 ton az məhsul istehsal edilmişdir.
Əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması üçün kənd təsərrüfatı texnikasının azlığı sahənin inkişafını ləngidir.
Heyvandarlıqda heyvanların cins tərkibini dəyişməklə stasionar bəsləmə şəraitinə keçirmək, intensiv inkişaf hədəfinə nail olunması qarşıda duran əsas prioritet vəzifələrdən biridir.  Bu məqsədlə xaricdən cins heyvanlar alınıb respublikaya gətirilmiş və heyvanlarda süni mayalanma tədbirləri həyat keçirilmişdir. Rayonumuzda da ayrı-ayrı vətəndaşlar tərəfindən lizinq yolu ilə 52 baş cins heyvanlar alınmış və saxlanılır. 2019-cu ilin iyul ayında “Lerik Aqro Sənaye Təsərrüfatı” MMC tərəfindən lizinq yolu ilə 10 baş Simmental və Qolştino-friz cinsindən olan qaramal alınmışdır. Rayonun Blaband kəndində fiziki şəxs Fərziəli Şahbazov tərəfindən 100 başlıq heyvandarlıq ferması tikilmiş, xaricdən 90 baş qara-ala, simmental cinsli heyvanlar gətirilib saxlanılır. Rəzgov kəndində kənd sakini Habil Dadaşov 200 başlıq qoyun ferması tikmiş, həmin fermada yarımqapalı şəkildə qoyun-quzu saxlayır.
Yeni cins mal qaranın yetişdirilməsi ilə əlaqədar 2019-cu ildə 1295 baş, ötən ilin eyni dövrü ilə müqayisədə 247 baş çox heyvanda süni mayalanma tədbiri həyata keçirilmişdir. Süni mayalanma yolu ilə 765 baş, ötən illə müqayisədə 82 baş çox sağlam buzov alınmışdır. Bu iş hal-hazırda da davam etdirilir. Rayon üzrə 4 nəfər süni mayalanma mütəxəssisi fəaliyyət göstərir. Əlavə süni mayalanma mütəxəssislərinə ehtiyac vardır.
Bildiyimiz kimi dövlət tərəfindən süni mayalanma yolu ilə alınmış hər baş sağlam buzova görə subsidiyalar verilir. 2018-ci ildə heyvan sahiblərinə süni mayalanma yolu ilə alınmış 681 baş sağlam buzova görə 68100 manat, 2019-cu ilin yanvar-dekabr aylarında doğulmuş 765 baş buzova görə isə 76500 manat subsidiya ödənilmişdir.
Rayonda ”Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirləri” planına uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostiki müayinə, dezinfeksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər rayon baytarlıq idarəsinin 23 baytarlıq sahəsi tərəfindən aparılır. İdarənin baytar mütəxəssisləri rayonun 1 şəhər və 161 kəndində saxlanılan 37626 baş iribuynuzlu, 113065 baş xırdabuynuzlu, 2390 baş təkdırnaqlı, 275376 baş quş və 14419 arı ailəsinə xidmət göstərirlər. Rayonumuzun heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarında infeksion xəstəliklərin ləğvinə yönəldilmiş maarifləndirici təlimlər ardıcıl olaraq həyata keçirilməkdədir.
Heyvandarlıqda problemlərimizdə vardır. Belə ki, rayonumuza əvvəllər təhkim olunmuş 25345 hektar qış otlaq sahələri 2006-cı ildə alınaraq qonşu Biləsuvar, Neftçala və Cəlilabad rayonlarına verilmişdir. Neftçala və Biləsuvar rayon icra hakimiyyətləri fermerlərlə və fiziki şəxslərlə uzunmüddətli müqavilələr bağlayaraq qış otlaq sahələrini yenidən icarəyə vermişlər. Lakin 2016-cı ildən başlayaraq bağlanmış müqavilələrə birtərəfli qaydada xitam verilməsinə başlanılmışdır. Bu prosesin qarşısı alınmazsa rayonumuzda tarixi ənənəsi olan qoyunçuluğun inkişafında problemlər yarana bilər.    Rayonda heyvandarlığı inkişaf etdirməkdən ötrü 50 və 100 başlıq heyvandarlıq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, beynəlxalq layihələr çərçivəsində güzəştli kreditlərin verilməsi, çoxillik əkin sahələrinin artırılması üçün suvarma sisteminin təşkil olunması, qüvvəli yem sexlərinin tikilməsi, heyvandarlığın intensiv üsullarla inkişaf etdirilməsi üçün il boyu yaşıl və sulu şirəli yemlərin istehsalını təmin etməkdən ötrü müasir yem quyularının tikilməsi, heyvandarlıq məhsullarının qəbulu və emalı müəssisələrinin yaradılması vacibdir.
Rayonumuzda “Lerik Broyler” MMC fəaliyyət göstərir. Müəssisə il ərzində 5 milyon 400 min ədəd cücə, 19500 ton toyuq əti məhsulları, 37500 ton toyuq yemləri istehsal etmək gücünə malikdir. Müəssisədə 2019-cu ildə 2153 sentner quş əti istehsal edilib satılmışdır. Hazırda  burada 57 nəfər fəhlə və qulluqçu çalışır.
2019-cu il üçün 809 arıçıya saxladıqları 14244 arı ailəsinə görə 142440 manat subsidiyanın ödənilməsi təmin edilmişdir. Rayonumuzda il ərzində 120-150 ton arasında ekoloji cəhətdən təbii bal istehsal olunur. Təbii bal məhsulunun qəbulu, arıçılıqda istifadə olunan avadanlıqların və dərman preparatlarının satışı məntəqələrinin yaradılması, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi bu sahənin daha da inkişafına köməklik göstərəcəkdir. Rayon icra hakimiyyəti bu sahənin inkişaf etdirilməsindən ötrü respublikamızda fəaliyyət göstərən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) təşkilatı ilə birgə rayonun Piran kəndində bal qablaşdırma sexinin tikintisini həyata keçirir.
2019-cu təsərrüfat ili üçün rayon ərazisində 28 hektar sahədə “Virciniya” və “İmmuna” tütün sortları əkilmişdir. Tütünün yığım kompaniyası müvəffəqiyyətlə başa çatdırılmışdır.
Hesabat ilində bu sahədə olan problemlərin və qarşıya qoyulan vəzifələrin icrasına nail olmaq məqsədilə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərliyi ilə rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, məhsul istehsalçılarının, fermerlərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2002-2019-cu il ərzində Lerik rayonu üzrə 339 sahibkara 15,87 milyon manat, o cümlədən 2019-cu ildə 24 sahibkara 195 min manat güzəştli kredit ödənilmişdir. Bu kreditlər hesabına 1634 yeni iş yerinin açılması mümkün olmuşdur.
Hesabat ilində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun iştirakı ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Lerik Rayon Mədəniyyət Mərkəzində sahibkarların güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilmiş və sahibkarlara güzəştli şərtlərlə kreditlər verilmişdir.
Gəlirlərin artması ilə yanaşı əhalinin ticarət şəbəkələrindən aldıqları istehlak malları və onlara göstərilən xidmətlərin çeşidi və həcmi də artmışdır. İlin əvvəlindən əhaliyə 115504,9 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz və ya 4276,8 min manat, pullu xidmətlərin həcmi isə 2 faiz və ya 770,9 min manat çoxalmışdır.
01 yanvar 2020-ci il tarixə rayon əhalisinin sayı 85,6 min nəfər olmuşdur. Cari ildə əhalinin sayı ötən ilə nisbətən 905 nəfər və ya 1,0 faiz artmışdır. Əhalinin 10,2 faizi şəhər yerlərində, 89,8 faizi isə kənd yerlərində yaşayır. Rayon əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. 2019-cu il ərzində  doğulanların sayı hər 1000 nəfər hesabına 20-dən  29-a qalxmışdır. Ölənlərin sayı isə 36 nəfər azalmışdır. Cari ildə 450 nikah qeydə alınmışdır. Ötən illə müqayisədə nikahların sayında azalma müşahidə edilmişdir.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev             07 sentyabr 2016-cı il tarixdə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında“ 1040 nömrəli Fərman imzalamış, Nazirlər Kabineti isə 16 dekabr 2016-cı il tarixdə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 517 nömrəli Qərar qəbul  etmişdir. Buna uyğun olaraq Lerik Rayon İcra Hakimiyyəti başçısının 09 yanvar 2017-ci il tarixdə 03 nömrəli sərəncamı ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılmışdır. 2019-cu ilin 01-10 oktyabr tarixlərində 11 mindən çox ev təsərrüfatlarında əhalinin siyahıyaalınması uğurla keçirilmiş və yekun sənədlər Dövlət Statistika Komitəsinə təhvil verilmişdir. Bu kompaniya çərçivəsində 278 nəfər müvəqqəti işlə təmin edilmişdir.
Rayon əhalisinin sağlamlığını qorumaq məqsədi ilə rayonumuzda 7 xəstəxana, 19 ambulator-poliklinika müəssisələri fəaliyyət göstərir və onlarda da 54 həkim və 160 nəfər orta tibb işçisi çalışır. Keçən vaxt ərzində rayonda bir neçə xəstəxana əsaslı təmir olunmuş, ucqar kəndlərdə isə yeni ambulator və həkim məntəqələri tikilmiş, tibb kadrlarının hazırlanması üçün əməli tədbirlər həyata keçirilmişdir.
Yaponiya Dövlətinin maliyyə dəstəyi ilə Pirasora və Conu kəndlərində, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Cəngəmiran kəndində həkim məntəqələri inşa edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında keçən il olduğu kimi bu il də rayon sakinlərinin kütləvi dispanserizasiyası işləri uğurla aparılmışdır. Lerik Rayon Mərkəzi Xəstəxanasında Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon mərkəzi xəstəxananın təşkilatçılığı ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün Lənkəran Regional Qan Bankının əməkdaşları tərəfindən könülü qanvermə aksiyaları keçirilmişdir. Keçən il ana və bir yaşadək uşaq ölümləri qeydə alınmamışdır.
“Tibbi sığorta haqqında” qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə bağlı rayonumuzun səhiyyə sahəsində də hazırlıq işlərinə start verilmişdir. Aprel 2020-ci il tarixdən rayonumuzda fəaliyyətə başlayan bu sistem inanırıq ki, tibb işçilərinin əhalimizin sağlamlığının keşiyində daha inamla durmasını təmin edəcəkdir.
2018-2019-cu tədris ilində rayonun 106 ümumtəhsil məktəblərində 6637 nəfər şagird təhsil alır ki, onların 87,5 faizi birinci, 12,5 faizi isə ikinci növbədə oxuyurlar. 2017-2018-ci tədris ilinə nisbətən şagirdlərin sayı 436 nəfər və ya 6,5 faiz azalmışdır.  Rayonun 1 şəhər və bir neçə kəndində 12 dövlət məktəbə qədər uşaq müəssisəsi (bağça) fəaliyyət göstərir və onlarda 429 nəfər uşaq tərbiyə alır.
Rayonun məktəb və uşaq müəssisələrində 1263 nəfər müəllim və pedaqoji işçi çalışır. Ümumilikdə rayon əhalisinin təhsil səviyyəsi ildən-ilə artır. Hazırda elmlər namizədlərin sayı 18 nəfərə, ali təhsilli mütəxəssislərin sayı 2981 nəfərə, orta ixtisas təhsilli mütəxəssislərin sayı isə 3079 nəfərə çatmışdır.
Rayon ərazisində ali və orta ixtisas təhsili verən heç bir təhsil müəssisəsi yoxdur. Mövcud peşə məktəbinə isə ildə 20 nəfər şagird qəbul olunur. Məktəbdə təhsil alan şagirdlər qadın bərbəri, xalça ustası, kompüter operatoru, arıçı ixtisaslarına yiyələnirlər.
Təkcə 2019-cu ildə Təhsil Nazirliyinin sifarişi ilə Monidigah kəndində 96, Sivəkəran kəndində 20, Küsəkəran kəndində 56, Vov kəndində 80, Vamazğon kəndində 40, Zenoni kəndində 56, Zövnə kəndində 40, Vılıq kəndində 80, Kaqoy kəndində 56, Conu kəndində 56, Mistan kəndində 40 şagird yerlik modul, Orand və Əvilə kəndlərində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılmış, Kirəvud kəndində 40, Haftoni kəndində 80 şagird yerlik modul tipli, Siyov kəndində isə 180 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir. Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusunda əsaslı təmiri işləri həyata keçirilir, yeni müasir tələblərə cavab verən yataqxananın tikintisinə başlanılmışdır.
Orand kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın, Lerik Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin rəhbərliyi, təhsil işçiləri, ağsaqqallar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə həyata keçirilmişdir.
Heydər Əliyev Fondunun sifarişi ilə podratçı təşkilat tərəfindən Piran kəndində 75 yerlik uşaq bağçasının tikintisi həyata keçirilir. Noda kəndində inşa edilmiş 50 yerlik uşaq bağçasının yaxın günlərdə açılışı həyata keçiriləcəkdir.
Rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, bilik və fiziki yarışların keçirilməsi, şagirdlərin dərsə davamiyyəti rayon təhsil şöbəsi tərəfindən daim nəzarətdə saxlanılmışdır. 2018-2019-cu tədris ilində ali və orta ixtisas məktəblərinə daxil olan məzunlarımızın, o cümlədən onların arasında qızlarımızın sayı keçən illərə nisbətən daha da artmışdır. 2016-cı ildə 118 nəfər, 2017-ci ildə 135 nəfər, 2018-ci ildə 157 nəfər məzun ali təhsil müəssisələrinə qəbul olunmuşdur. 2019-cu ildə isə qəbul olanların sayı 170 nəfərdir. Xüsusilə də 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin, o cümlədən qızların sayının ildən-ilə artması çox sevindirici haldır. Bu il ali məktəblərə qəbul olunanların 43-nü qızlar təşkil edir. Qəbul olunan məzunlardan 5 nəfəri 600 və 600-dən yuxarı bal toplamışdır. 20 nəfər 500-600 bal arası, 50 nəfər 400-500 bal arası, 32 nəfər 300-400 bal arası, 37 nəfər 200-300 bal arası, qalanları isə 150-200 bal arası nəticə göstərmişdir. Züvüc kənd tam orta məktəbinin məzunu Zaur Abbasqulu oğlu Səmədli həm də yüksək təhsil göstəricilərinə görə Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə əsasən qızıl medalla təltif olunmuşdur. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti tərəfindən həmişə olduğu kimi bu il də müəllimlərimizin əməyi yüksək qiymətləndirilmişdir. Gürdəsər kənd tam orta məktəbinin müəllimi Cəbrayılov Vahid Allahyar oğlu ölkə rəhbərinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Rayon mərkəzində və kəndlərdə 11 mədəniyyət evi, 58 klub, 60 kütləvi kitabxana, uzunömürlülər muzeyi, tarix diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzi, oktyabr 2019-cu ildən isə Bayraq muzeyi fəaliyyət göstərir.
May ayının 2-də Mədəniyyət Nazirliyinin təşəbbüsü və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən "Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalına dağlar diyarı, uzunömürlülər məskəni Lerik rayonu ev sahibliyi etdi.
Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında keçirilən festivalda Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, nazirliyin məsul işçiləri, regional mədəniyyət idarələrinin işçiləri, ictimaiyyət nümayəndələri, respublikamızın digər bölgələrindən gələn qonaqlar və yüzlərlə lerikli iştirak edirdi. Rayonumuzda keçirilən bu festivalın yaratdığı xoş ovqat və təəssürat uzun illər rayonumuza gələn qonaqların və rayon sakinlərinin yaddaşlarından silinməyəcəkdir.
Respublikanın paytaxtı və regionlarda fəaliyyət göstərən teatr kollektivləri hesabat ilində də  rayonumuzda qastrollarda iştirak etmişdir. Azərbaycan Respublikasının xalq artisti, Nəcəf bəy Vəzirov adına Lənkəran Dram teatrının aktyoru Qabil Quliyevin 70 illik yubileyi Lerik rayon mədəniyyət mərkəzində təntənə ilə qeyd olunmuş, teatrın truppası Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşasını təqdim etmişdir.
Cənab Prezidentin sərəncamı ilə “Nəsimi ili” elan edilmiş 2019-cu ildə rayonda dahi şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ümumrayon tədbiri musiqi kollektivlərinin, qiraət ustalarının, həvəskar aktyorların çıxışları ilə yadda qalmışdır.
2019-cu ildə Tarix-diyarşünaslıq muzeyinə gələnlərin sayı 2,5 min nəfər,  kitabxanalarda oxucuların sayı isə 24,7 min nəfər olmuşdur. Kitabxanalarda yeni çap olunmuş kitablar 3,9 min nüsxəsi artmış və ümumilikdə 309,4 min nüsxə kitab fondu yaranmışdır.
Heydər Əliyev Mərkəzində il ərzində 98 tədbir keçirilmiş, 4982 nəfər ziyarətçi Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, foto və digər arxiv sənədləri ilə tanış olmuşdur.
Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrədilməsi məqsədilə 2019-cu ilin fevral-may ayları ərzində rayonun ümumtəhsil məktəblərinin 428 nəfər IX-XI sinif şagirdləri mərkəzdə keçirilən tarix dərslərinə cəlb edilmişdir. Tarix dərsləri Ulu Öndərin anadan olmasının 96-cı  ildönümü günü, mayın 10-da başa çatdırılmışdır.
Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” və “Region gəncləri erkən nikahlara qarşı” dəyirmi masaları, Regional inkişaf ictimai birliyinin könüllülər üçün maarifləndirici təlimləri, Ümumdünya turizm günü ilə bağlı Azərbaycanda turizmin inkişaf perspektivləri, gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliği mövzularında seminarlar və digər ümumrayon tədbirləri keçirilmişdir.
Hesabat ilində “Bayraq muzeyi”nə gələn ziyarətçilər də ölkəmizin keçmişi, bu günü ilə tanış olmuş, zəngin dövlətçilik ənənələrinə malik ölkəmiz haqqında geniş məlumatlar almışlar. “Uzunömürlülər” muzeyinə gələnlərin sayı əvvəlki illə nisbətən daha da artmışdır.
Rayon mədəniyyət mərkəzi, aidiyyəti dövlət idarələri və ictimai təşkilatlarla birgə Yeni il və Novruz şənlikləri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi, lerikli ziyalı, həkim Balağa Bağırovun 90 illik yubileyi və digər bayram tədbirləri rayonda fəaliyyət göstərən özfəaliyyət kollektivlərinin iştirakı ilə rəngarəng keçirilmişdir.
2019-cu il ərzində rayonun bütün idarə və müəssisələrində 1170 hüquqpozmalar qeydə alınmışdır. Hüquqpozmalar əsasən rayon icra hakimiyyəti, yol nəqliyyatı, məhkəmə, polis şöbəsi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsi və digər idarə, müəssisələr tərəfindən qeydə alınmış, bununla bağlı aidiyyəti təşkilatlar tərəfindən 46990 manat cərimə tətbiq olunmuşdur. 2018-ci illə müqayisədə 263 halda çox inzibati xətaya yol verilmiş, 29 faiz çoxalma müşahidə olunmuşdur.
Bütün bunlara baxmayaraq inzibati hüquqpozmaları qeydə alan təşkilatlar arasında ön sırada rayon yol polis şöbəsi dayanır. Təkcə 2019-cu ildə 709 nəfər sürücü saxlanılmış və bunların 640-ı tərəfindən qeydə alınan hüquqpozmalara görə 39150 manat məbləğində cərimə protokolu tərtib edilmişdir. Bu da, ümumi inzibati hüquqpozmaların 54,7 faizini təşkil edir. Tətbiq edilmiş 62130 manat cərimənin 48810 manatı və ya 78,6 faizi səbəbkarlar tərəfindən ödənilmişdir.
Rayon ərazisində fəaliyyət göstərən 4 iri və kiçik sənaye müəssisəsi 2019-cu ildə 2971,9 min manatlıq iş icra etmişdir. Hər işçinin orta aylıq əmək haqqı 508,9 manat  olmuşdur.
Rayonda iki rabitə təşkilatı fəaliyyət göstərir. Poçtamt və Telekommunikasiya təşkilatlarından ibarət olmaqla əhaliyə poçt və telekommunikasiya xidməti göstərirlər. 2019-cu ilin yanvar-dekabr aylarında rabitə sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən istehlakçılara faktiki qiymətlə 659,4 min manatlıq və ya ötən illə müqayisədə 56,9 min manat və ya 9,4 faiz çox rabitə xidməti göstərilmişdir. Rabitə xidmətlərinin 61,7 min manatı və ya 9,4 faizi idarə və müəssisələrə, qalan 90,6 faizi və ya 617,7 min manatı isə əhaliyə göstərilmişdir. Bu iki müəssisədə 145 nəfər fəhlə və qulluqçu çalışır. İl ərzində onlara 511 min manat əmək haqqı ödənilmişdir.
Rayon telekommunikasiya qovşağı tərəfindən xətt şəbəkəsində 330 ədəd rabitə dirəyi və 15 ədəd dəmir-beton calaq sərf olunmaqla, ümumilikdə 164,6 km məsafədə təmir işləri aparılmış, əyri dirəklər düzəldilmiş, qısa və ya çürük dirəklər dəyişdirilmiş, kabellər tarıma çəkilmişdir. 6,4 km uzunluqlu müxtəlif tutumlu TPP kabelləri sərf olunmaqla yeni xətt tikintisi və ya zədəli kabellərin dəyişdirilməsi işləri aparılmışdır.            21,1 km P-274 naqili sərf olunmaqla 76 ədəd yeni telefon çəkilmiş, 42 ədəd abunəçi xətti tam dəyişdirilmiş, 186 ədəd abunəçi xətti isə qismən təmir olunmuşdur. Tikəband kənd və Brkandul kənd EATS-i yeni akkumlyatorlarla təmin olunmuşdur. Osyodərə və Şingədulan kənd EATS-lərində 2 ədəd böyük tutumlu DSLAM avadanlığı, həmin EATS-lərdən çıxarılmış kiçik tutumlu DSLAM avadanlıqları isə digər 6 EATS-də, Lerik, Piran, Hamarmeşə, Vizəzəmin, Cəngəmiran, Şingədulan, Osyodərə EATS-lərində isə 7 ədəd kondisioner quraşdırılaraq istismara verilmişdir.
Piran kənd EATS-in yerləşdiyi binanın sökülməsi ilə əlaqədar EATS 190 metr aralıda qoyulmuş konteynerə köçürülmüşdür. Bununla əlaqədar 390 metr yeni TPP 50x2 kabeli asılmış və digər kabellər isə sökülərək yeni istiqamətdə istifadə edilmişdir.
Rayonun Bürsülüm, Tülüconu inzibati ərazi dairələrində, Noda, Xanagah kəndlərində telefonlaşma işlərinin aparılmaması əhalini narahat edən problemlərdəndir. Rayon telekommunikasiya qovşağının rəhbərliyi problemin həlli istiqamətində aidiyyəti qurumlarla birgə iş aparmalı və məsələnin həllinə nail olmalıdır. 2018-ci ildə Bürsülüm ərazisinin telefonlaşması nəzərdə tutulsa  da, hələ də işə başlanılmamışdır.
Rayon iqtisadiyyatının digər sahələrində olduğu kimi, nəqliyyatın inkişafında müşahidə olunan artım ilin 12 ayında da davam etmişdir. 2019-cu ildə nəqliyyatın bütün növləri ilə 382 min ton və ya ötən 2018-ci illə müqayisədə 1,1 faiz çox yük daşınmışdır. Nəqliyyat sektorunda yük daşınması üzrə qeyri-dövlət sektorunun payı 100 faiz olmuşdur. Müxtəlif növ nəqliyyat vasitələri ilə 1708 min sərnişin daşınmış və daşımalar 2018-ci illə müqayisədə 22 min və ya 1,3 faiz artmışdır. Yük və sərnişin daşınmasından 3318,7 min manat gəlir əldə olunmuşdur ki, bu da 2018-ci ilə nisbətən 110,9  min manat və ya 3,5 faiz çoxdur.
2019-cu ildə hər işçinin orta aylıq əmək haqqı 356,9 manat olmaqla əvvəlki ilə nisbətən 74,5 manat çox olmuşdur.
Rayon iqtisadiyyatının digər sahələrində olduğu kimi istehlak bazarında da irəliləyişlər olmuş və sosial-iqtisadi inkişafı xarakterizə edən əsas göstəricilərdən biri olan əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin həcmi xeyli artmışdır.
2019-cu  ildə rayon əhalisinə 115504,9 min manatlıq və ya 2018-ci ilə nisbətən 4276,9 min manat çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. İstehlak bazarının müxtəlif çeşidli əmtəə ehtiyatları ilə tam və dolğun təmin olunması, əhalinin pul gəlirlərinin yüksəlməsi nəticəsində alıcılıq qabiliyyətinin artması, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin həcminin getdikcə artmasına öz müsbət təsirini göstərir. Pərakəndə ticarət və iaşə xidməti dövriyyəsinin, əhaliyə göstərilən pullu xidmətlərin real artmasının demək olar ki, hamısı özəl sektorun hesabına təmin edilmişdir.
Rayonun büdcə təşkilatları 2019-cu ildə 803,6 min kvt saat elektrik enerjisi, 8,6 min kub metr su, 182,6 min kub metr qaz istehlak etmiş, 36,8 min manatlıq rabitə xidmətlərindən istifadə etmişdir. Bundan  başqa qış mövsümünün ilk aylarında  əhali tərəfindən 2337 kub metr odun və 125,2 ton digər yanacaq növləri  alınmışdır.
Büdcə təşkilatlarının istehlak etdikləri elektrik enerjisinin, su və rabitə xidmətlərinin ümumi dəyəri 155,2 min manat təşkil etmiş və 2018-ci ilə nisbətən 9,2 min manat az xidmət göstərilmişdir. Büdcə təşkilatları istifadə etdikləri resursların, o cümlədən elektrik enerjisinin , rabitə xidmətinin,  su sərfiyyatının dəyərini  tam ödəmişdir.
2019-cu ilin 12 ayında Lerik rayonunda büdcədən maliyyələşdirilən istehlakçıları elektrik enerjisi, su, rabitə, xidmətləri üzrə limitlə kifayət qədər təmin olunmuş və ayrılmış limitdən istifadə etmişlər.
Rayon elektrik şəbəkəsində 5 ədəd 35/10 kv-luq yarımstansiya, 244 ədəd 10/04 kv-luq transformator, 73,5 km 35 kv-luq hava xətti, 530,2 km-lik 10 kv-luq hava xətti, 570 km-lik 04 kv-luq hava xətti, 88 km-lik 04 kv-luq sip kabel hava xətti istismardadır. Şəbəkə tərəfindən 9895 əhali, 1195 qeyri-əhali abonentinə xidmət göstərilir.
Hesabat ilində 10 kv-luq hava xətlərində 186, 04 kv-luq hava xətlərində 218 çürümüş, istismar müddətini bitirmiş dayaq dəmir dayaqlarla, 10 kv-luq hava xətlərində 7,5 km naqil AS-35 naqili ilə, 04 kv-luq hava xətlərində sıradan çıxmış 3,4 km naqil və 1,4 km SIP kabel yenisi ilə əvəz edilmişdir. 10 yeni transformator quraşdırılmış, 22 transformator təmir edilmiş, 1300 köhnə sayğac dəyişdirilmiş, 70 yeni sayğac qoyulmuşdur.
“Azərişıq” ASC tərəfindən Çayrud kəndinin elektrik təsərrüfatı yenidən qurulur. Layihə-smeta sənədləri əsasında investisiya təşkilatı tərəfindən 04 kv-luq hava xətlərində 400 ədəd yeni dəmir dayaq, 8,1 km sip kabel hava xətti çəkilmişdir. Çayrud kəndinin 10 kv-luq hava xətlərində 65 ədəd yeni 10 kv-luq metal dayaq, 8,5 km 10 kv-luq hava xəttində yeni AS naqil çəkilmişdir. Hal-hazırda tikinti işləri davam etdirilir.
2020-ci il üçün Zövnə və Lərmərud kəndlərinin sip kabelləşdirilməsi, 7 saylı Zuvand, 2 saylı Züvüc, 2 saylı Tülüconu, 3 saylı Vizəzəmin, 1 saylı Çayrud 10 kv-luq hava xətlərinin əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulmuşdur.
Lerik şəhərinə alternativ su xəttinin çəkilməsi işləri başa çatdırılmışdır. Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. 
Heydər Əliyev Fondunun sifarişi ilə podratçı təşkilat tərəfindən Piran kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar olaraq kəndə 3,5 km-lik məsafədən su xətti çəkilir.
Lerik rayonunun ərazisində 40,5 min hektar meşə sahəsi vardır ki, bu da rayon ərazisinin 37 faizini təşkil edir. İldən-ilə meşələrdə sanitar təmizlik işləri aparılır və eyni zamanda meyvə ağacları hesabına meşə sahəsi artırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2017-ci ildən başlayaraq 2021-ci ilədək hər ildə orta hesabla 80 hektar, cəmi 400 hektar yeni meyvə bağlarının (aqro meşə) salınması planlaşdırılmışdır. Rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi hesabat ilinin yaz və payız mövsümündə 80 hektar sahədə qoz cinsindən olan bağ salmışdır. YAP rayon təşkilatının fəal üzvləri də nazirliyin təşəbbüsünə qoşularaq iməcilik yolu ilə  meyvə ağaclarının əkilməsində iştirak etmişlər.
Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması ilə bağlı rayonumuzun bütün ərazilərində, yol kənarlarında, idarə, müəssisə və təşkilatların ətrafında müxtəlif növ ağaclar əkilmişdir. Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda olduğu kimi Lerik rayonunda da böyük sevinclə, razılıqla qarşılanmışdır. 06 dekabr 2019-cu il tarixdə 3 mindən yuxarı rayon sakini bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulmuş, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun üç mindən çox ağac tinginin əkilməsi həyata keçirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan islahatlar meşələrə edilən qanunsuz müdaxilələrin sayının azalmasına səbəb olmuşdur. Biz inanırıq ki, yeni yaradılan Lənkəran Regional Meşə Mühafizə Mərkəzi bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasında operativlik nümayiş etdirəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə rayonumuzda mövcud olan 162 yaşayış məntəqəsinin 53-ü mavi yanacaqla təmin edilmişdir. 112 yaşayış məntəqəsində yaşayan 10 minə yaxın ailə, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələr yanacaq kimi ancaq odundan istifadə edirlər. Lakin hesabat ilində istər əhali, istərsə də digər təşkilatlar odun tədarükü ilə bağlı çox böyük çətinliklərlə üzləşdilər. Əhalinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların odunla təmin olunması işi Lənkəran Regional Meşə Mühafizə Mərkəzinin rəhbərliyi tərəfindən qanunamüvafiq qaydada həllini tapmalı, bu sahədə şəffaflıq tam təmin olunmalıdır.
2019-cu il həm də növbəti bələdiyyə seçkiləri ilə yadda qalmışdır. 29 bələdiyyə üzrə namizədliyi qeydə alınmış 681 nəfərdən 263 nəfəri bələdiyyə üzvü seçilmişdir. Sevindirici hallardan biri də odur ki, bələdiyyə üzvlərindən 260-ı ali təhsilli, 106-sı qadın, 128-i isə gənclərdir. Bunlardan 179 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləri, 15-i digər partiyaların üzvləri, 69-u isə bitərəflərdir. Artıq rayon üzrə yeni seçilmiş bütün bələdiyyələrin ilk iclaslarında təşkilati məsəllərə baxılmış və 29 bələdiyyə üzrə seçilən bələdiyyə sədrləri ali təhsilli, onlardan 9-u qadın, 26-sı Yeni Azərbaycan Partiyasının üzvü, 1-i digər partiyanın üzvü, 2-si isə bitərəfdir. Seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlinməmişdir. Biz inanırıq ki, illər boyu həllini tapa bilməyən problemlər yeni formalaşmış bələdiyyə qurumları tərəfindən həll ediləcək, onlar xalqın verdiyi mandata vicdanla xidmət edəcəklər.
Lerik Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Qanunlarının, Prezidentin Fərman və Sərəncamlarının, göstərişlərinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının həyata keçirilməsi üçün  tələb olunan bütün məsələlərin həllinə, yerli idarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsinə və onların işinə gündəlik nəzarətə səy göstərmişdir.
Hesabat ilində gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin inkişafı, bilik və istedadlarının artırılması, bacarıqlarının aşkar edilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilmişdir.
“20 Yanvar” şəhidlərinin və “26 fevral Xocalı soyqırımı” qurbanlarının xatirəsi, “31 mart Azərbaycanlıların soyqırım günü” məktəblilər və gənclərin iştirakı ilə silsilə tədbirlərlə yad edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni il, Gənclər günü, Novruz bayramı, ulu öndər Heydər Əliyevin doğum və anım günləri, 28 May-Respublika Günü, 15 İyun Qurtuluş Günü, 26 İyun-Ordu günü, 18 Oktyabr-Müstəqillik Günü, 9 Noyabr-Bayraq Günü və digər bayram, tarixi günlər rayon ictimaiyyəti nümayəndələri, ağsaqqallar, gənclər və yeniyetmələrin iştirakı ilə böyük təntənə ilə keçirilmişdir. Şagirdlər arasında keçirilən rəsm, şeir, inşa yazı müsabiqələri uşaqlarımızın gələcək seçiminin formalaşmasında, vətənə, elə-obaya, torpağa bağlılıq hisslərinin artırılmasında müstəsna rol oynamışdır.
Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş toplantı, rayon ərazisində yerləşən sərhəd komendantlığında xidmət edən gənc əsgər və zabitlərlə görüş, “Dini radikalizm, islam dünyası və onun təzahür formaları”  və “Azərbaycanda ənənəvi islam dəyərləri” adlı tədbir, “Şahin” hərbi idman oyununun rayon birinciliyi, “Sərhədçi” hərbi-idman oyununun rayon mərhələsi, Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı tədbir, gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual  oyunu, rayon mədəniyyət mərkəzində 9 rayonu təmsil edən 16 komandanın iştirakı ilə "Xəmsə" milli intellektual oyunu üzrə XI Azərbaycan Çempionatının zona yarışı, 6 zona və 36 orta ümumtəhsil məktəbini əhatə edən orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" milli intellektual oyunu üzrə Lerik rayon çempionatının final mərhələsi, ordu sıralarından tərxis olunmuş gənclərlə görüş, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş və tələbə adını qazanmış gənclərlə görüş, “Erkən nikahlar məişət zorakılığının başlıca amillərindəndir” adlı dəyirmi masa və onlarla keçirilən digər tədbirlər məktəblilərimizin, gənclərimizin intellektual səviyyələrinin artırılmasına, bilik və bacarıqlarının nümayişinə təkan olmuşdur.
06-08 may 2019-cu il tarixdə Bakı şəhərində keçirilmiş “Xəmsə” Milli İntellektual Oyunu üzrə XI Azərbaycan çempionatının final mərhələsində Lerik rayonunu təmsil edən “Stimul” komandası parlaq oyun nümayiş etdirərək finalçılar arasında yer almışdır. Son illərdə qazanılan bu uğurların nəticəsidir ki, Lerik rayon Gənclər və İdman İdarəsi Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclərinin İntellektual İnkişaf Mərkəzinin birgə təsis etdiyi 2019-cu ilin ən yaxşı Gənclər və İdman İdarəsi adına layiq görülmüşdür.
2019-cu ildə Lerik komandası Respublikanın bütün bölgələrini təmsil edən 36 komandanın iştirak etdiyi və İctimai televiziyada yayımlanan “Breyn-rinq”  intellektual oyununda ikinci dəfə qatılmasına baxmayaraq parlaq oyun nümayiş etdirərək final mərhələsində mübarizə aparmışdır.
2019-cu ildə rayon gənclər və idman idarəsinin dəstəyi ilə məktəbli oğlanlar arasında şahmat, güləş, ağır atletika, voleybol, böyüklər arasında şahmat, mini-futbol, poliatlon çoxnövçülüyü, futbol, taekvondo, Gənclər və idman idarəsinin və  Azərbaycan Karate-do Federasiyası «Ayaz» karate klubunun birgə təşkilatçılığı ilə şəhid Ağayev Ruslan Qalib oğlunun xatirəsinə həsr olunmuş karate üzrə cənub regional çempionatı, stolüstü tennis yarışı keçirilmişdir.
İdmançılarımız respublika çempionatlarında rayonumuzu uğurla təmsil etmiş, yarışlarda medallar qazanmışlar.
Rayonumuzda dini dözümlülüyün təmin edilməsi məqsədi ilə dini icmalarla əlaqəli işin qurulması, dövlət-din münasibətlərinin təbliği, radikal dini cərəyanların yayılmasının qarşısının alınması mövzusunda 2019-cu ildə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər əlaqədar təşkilatlarla birgə vaxtaşırı tədbirlər keçirilmiş, rayonda dini sabitliyin qorunması təmin edilmişdir.
Rayonda 15 siyasi partiyanın yerli təşkilatı fəaliyyət göstərir. Bu partiyalardan 1-i iqtidar, 2-si iqtidaryönümlü, 12-si müxalifət partiyasıdır. İqtidaryönlü və müxalifət partiya üzvlərinin ümumi sayı 422 nəfərdir.
Respublikanın hər yerində olduğu kimi rayonumuzda da YAP ən nüfuzlu, bütün sahələrdə öz sözünü deməyi bacaran, sıraları günü-gündən artan, xalqın böyük əksəriyyətini özündə birləşdirməyi bacaran partiyadır. 58 ilk təşkilatda olmaqla partiya üzvlərinin sayı 2019-cu il ərzində 4289 nəfərə çatmışdır ki, bunun da 883 nəfəri qadın, 1830 nəfəri isə gənclərdir. Hesabat ilində 175 nəfər partiya sıralarına qəbul olunmuşdur.
Müxalifət partiyalarının rayon təşkilatları tərəfindən heç bir kütləvi tədbir keçirilməmişdir. Rayonda ictimai-siyasi vəziyyət sabitdir.
Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisi buraxılmış və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 9 fevral 2020-ci il tarixə təyin edilmişdir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçici siyahılarının dəqiqləşdirilməsi, məntəqələrin seçkiyə hazırlanması, namizədlərin təbliğat-təşviqat işlərinin aparılması üçün müvafiq yerlərin ayrılması və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq digər məsələlərin həyata keçirilməsi üçün tədbirlər həyat keçirilmişdir. 78 saylı Lerik Seçki Dairəsi üzrə namizədliyi qeydə alınmış bütün namizədlər üçün bərabər şəraitin yaradılması təmin edilmişdir. Seçki dairəsi üzrə 15 nəfərin namizədliyi qeydə alınmış və namizədlər tərəfindən 17 yanvar 2020-ci ildən başlayaraq 08 fevral 2020-ci il tarixədək təbliğat-təşviqat işləri həyata keçirilmişdir. Gərgin mübarizə şəraitində keçən seçkilərdə rayon sakinləri dövlətə, dövlətçiliyə sadiqliyini bir daha nümayiş etdirərək, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal Nəriman oğlu Məmmədova səs verərək növbəti 5 il üçün onu Milli Məclisə üzv seçmişdir.
2019-cu ildə rayon icra hakimiyyəti başçısı yanında Şuranın 28 iclası keçirilmişdir. Bu iclaslarda iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli 33 məsələ müzakirə edilmişdir. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokollarla rəsmiləşdirilmişdir. Rayon icra hakimiyyəti başçısı tərəfindən ayrı-ayrı məsələlərlə bağlı 258 sərəncam və 171 əmr imzalanmışdır.
Şura iclaslarında rayon icra hakimiyyəti başçısı aparatının müvafiq şöbələrinə, ərazi icra nümayəndələrinə tapşırıqlar, müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinə tövsiyələr verilmiş, qərarların surətləri onlara çatdırılmışdır. Eyni zamanda Şuranın iclas qərarlarının icrasına nəzarət aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təmin edilmişdir. Bununla əlaqədar şöbədə xüsusi kitab ayrılmış və müvafiq qeydlər aparılmışdır.
Ölkə başçısının vətəndaş-məmur münasibətləri ilə bağlı tələbkarlığına uyğun olaraq rayon icra hakimiyyəti vətəndaşların qəbulu və dinlənilməsini daim nəzarətdə saxlamış, sakinlərin müraciətlərinə, ərizə və şikayətlərinə diqqətlə yanaşmağa səy göstərmişdir. İl ərzində rayonun bütün inzibati ərazi dairələrində rayon icra hakimiyyəti başçısı tərəfindən rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə səyyar görüş-qəbulları keçirilmişdir. Ərazilərdə keçirilmiş 50 səyyar görüş-qəbulda 3966 nəfər vətəndaş iştirak etmiş, 428 nəfər qəbul edilmiş və onların müraciətlərinə baxılmışdır. Vətəndaşlar su problemini, məktəb, tibb müəssisələrinin, elektrik xətlərinin və yolların tikintisini və təmirini, kəndlərə qaz xətlərinin çəkilməsini, işlə təmin olunmasını, evlərinə dəymiş ziyanın bərpasını, evlə təmin olunmasını və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş etmişlər. Müraciətlərin bir çoxu yerində həll edilmiş və ya həll edilməsi üçün əlaqədar təşkilatlara tapşırıqlar verilmiş, rayonda həlli mümkün olmayan digər məsələlər barədə yuxarı dövlət orqanları qarşısında vəsatət qaldırılmışdır.
2019-cu ildə rayon icra hakimiyyətinə 2275, keçən ilin müvafiq dövrünə nisbətən 816 çox yazılı müraciət daxil olmuş, 1646 nəfər, keçən ilə nisbətən 397 nəfər çox vətəndaş rayon icra hakimiyyəti başçısının qəbulunda qeydiyyata alınmışdır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 1035 müraciət, 377 çox, Milli Məclisdən 11 müraciət, 2 az, Nazirlər Kabinetindən 31 müraciət, 8 çox, mərkəzi qurumlardan 34 müraciət, 6 çox, rayon ərazisindən 1140 müraciət, 403 çox müraciət daxil olmuşdur. Baxılmaq üçün rayon icra hakimiyyətinə göndərilmiş bu müraciətlər qanunamüvafiq qaydada araşdırılmış və nəticəsi barədə vətəndaşlara cavab verilmişdir.
Rayonumuzun sosial-iqtisadi göstəriciləri, vətəndaşların qəbulu, o cümlədən rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbulları, rayon ərazisində keçirilən tədbirləri əks etdirən məlumatların Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq RİAİS sisteminə ötürülməsi, mərkəzi qəzet və televiziyalarda, yerli qəzetdə işıqlandırılması və rayon icra hakimiyyətinin internet saytında yerləşdirilməsi təmin edilmişdir. Hesabat ilində RİAİS sisteminə 153 tədbir və hadisə, 69 operativ, 108 həftəlik, 3 rüblük, 48 illik  və təbliğat qruplarının 50 görüşü barədə məlumatlar yerləşdirilmişdir. İl ərzində rayon icra hakimiyyətinin elektron poçtuna 101 xidməti sənəd daxil olmuş, elektron poçtla 832 sənəd göndərilmiş, internet saytında rayon icra hakimiyyətində könüllük fəaliyyəti ilə əlaqədar 5 və rayon ərazisində təhlükəli sürüşmə sahələrinin və şəhərin yaşıllıq ərazilərinin xəritələri ilə  əlaqədar 2 yeni veb səhifə yaradılmış, 109 səhifədə məlumatlar yenilənmiş və rayon icra hakimiyyəti tərəfindən keçirilən 85 tədbir barədə məlumatlar yerləşdirilmişdir.
Vətəndaşlar tərəfindən daxil olan müraciətlər, əsasən, işlə təmin olunma, torpaq islahatı, təhsil haqqı, ünvanlı dövlət sosial yardım istəməsi, mənzil, tikinti, abadlıq, evinə dəymiş ziyanın bərpasına köməklik göstərilməsi, maddi yardım istəməsi və sairə barədə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən 11 aprel 2019-cu il və 14 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon vətəndaşlarını qəbul etmişdir.
2019-cu ilin yekunları və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini təmin etmək, əhalini narahat edən məsələlərin həllinə nail olmaq məqsədi ilə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ərazi icra nümayəndələrinin açıq hesabat iclaslarının keçirilməsi başa çatdırılmışdır. Hesabat yığıncaqlarında ictimaiyyətin nümayəndələri, ağsaqqallar tərəfindən kəndara yollarının, 10 və 0,4 kv-luq elektrik hava xətlərinin əsaslı təmiri, ərazilərdə yeni məktəblərin, tibb müəssisələrinin, rabitə şöbələrinin, mədəniyyət obyektlərinin tikintisi, içməli su probleminin həlli, yaşayış məntəqələrinə qaz çəkilişi, körpü tikintisi və əhalini narahat edən digər məsələlər əsas problem kimi səslənmişdir. Qaldırılan problemlərin, verilmiş təkliflərin icrasını vaxtında təmin etmək üçün rayon icra hakimiyyəti başçısı tərəfindən görüləcək işlərə dair tədbirlər planı tərtib edilmiş, rayon icra hakimiyyəti başçısının səlahiyyətlərində olmayan təkliflərin növbəti Dövlət Proqramına daxil edilməsi üçün  yuxarı dövlət orqanlarına müraciətlər edilmişdir.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ildə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Mayıl Şahverdiyev Lerik Rayon Mədəniyyət  Mərkəzində vətəndaşları qəbul etmişdir.
Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori, Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti, ABŞ-ın Azərbaycandakı Səfirinin müavini Maykl Dikerson, USAİD-in ofis direktoru Aylin Loules Lerikə səfər etmişlər.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 01 iyul 2019-cu il tarixdən 30 iyul 2019-cu il tarixədək səyyar “ASAN xidmət”in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusu rayonumuzda olmuş və rayon sakinlərinə xidmət göstərmişdir. Ümumilikdə 1965 nəfər “ASAN xidmət”ə müraciət etmiş, 1921 sənəd qəbul edilmişdir.
Rayonda mədəni, ictimai-siyasi xarakterli digər kütləvi tədbirlər keçirilmişdir. Keçirilən bütün tədbirlər dövlətçiliyimizin daha da güclənməsinə, gənc nəslin vətənpərvərlik hisslərinin yüksəldilməsi prinsipinə köklənmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən layihə çərçivəsində rayonumuzun fəal məktəbliləri respublikanın ayrı-ayrı rayonlarına göndərilmiş, onların təbiəti, tarixi, milli mətbəxi ilə tanış olmuşlar.
Rayon icra hakimiyyəti başçısının 29 inzibatı ərazi dairəsi üzrə nümayəndələri işlərini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun qurmuşdur. Rayon icra hakimiyyəti başçısı aparatı tərəfindən inzibati ərazi nümayəndələrinin fəaliyyəti mütəmadi olaraq araşdırılmış, işdə intizamsızlığa və nöqsana yol vermiş bir neçə vəzifəli şəxs haqqında intizam tədbiri görülmüşdür. Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq köməklik göstərilmişdir.
Yerlərdə fəaliyyət göstərən idarə və müəssisələrin, sahibkarlıq subyektlərinin işinin qurulması, vətəndaşların şikayətlərinin, qaldırdıqları sosial problemlərin həll edilməsi üçün ərazi icra nümayəndələri tərəfindən iş aparılmış, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatların məzmun və mahiyyətinin, respublikada və rayonumuzda aparılan tikinti-quruculuq işləri haqqında məlumatların əhaliyə çatdırılması işi həyata keçirilmişdir. İnzibati ərazi icra nümayəndələri tərəfindən gənclərin həqiqi hərbi xidmətə çağırılması işi təşkil olunmuş, ərazilərdə aparılan tikinti-abadlıq işlərinə rəhbərlik edilmiş, əhalini narahat edən yerli problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısı aparatında inzibati vəzifələrdə kadrlar ixtisas tələbləri nəzərə alınmaqla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerləşdirilmişdir.
Rayon icra hakimiyyəti başçısı aparatı və rayonda fəaliyyət göstərən bütün dövlət idarə və müəssisələri müasir kompüter avadanlıqları ilə təmin edilmiş, əksəriyyəti internet şəbəkəsinə qoşulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı”nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilmiş “Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş  “Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat”, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli 503 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Qaydalara uyğun olaraq rayon icra hakimiyyəti aparatında və ərazi icra nümayəndəliklərində kargüzarlıq işləri vaxtı-vaxtında araşdırılır, müvafiq tədbirlərin görülməsi və qərarların qəbul edilməsi üçün rayon icra hakimiyyəti başçısı yanında Şura iclaslarında müzakirə edilir. Şəhər, kənd ərazi icra nümayəndəliklərində sənədlərlə işin vəziyyətinin yaxşılaşdırılması, vətəndaşların yazılı və şifahi müraciətlərinə baxılması sahəsində nöqsanların vaxtında aradan qaldırılması üçün təsirli tədbirlər görülür.
Lerik Rayon İcra Hakimiyyəti  Azərbaycan Respublikası  qanunlarının, Prezidentin fərman və sərəncamlarının, göstərişlərinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının həyata keçirilməsi üçün tələb olunan bütün məsələlərin həllinə, yerli idarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsinə və onların işinə gündəlik nəzarətə səy göstərmişdir. Respublikamızda aparılan sosial-iqtisadi inkişafın dinamikliyini təmin etmək üçün rayon icra hakimiyyəti başçısı Şuranın, aparatın və şöbələrin işini əlaqələndirmiş, bunun nəticəsində sosial-iqtisadi, ictimai-siyasi vəzifələrin yerinə yetirilməsində operativliyə nail olunmuşdur.
Rayonumuzdakı ictimai stabillik, müxtəlif peşə adamlarının tutduqları vəzifədən asılı olmayaraq dövlətə sədaqətlə xidməti həmişə Azərbaycan Respublikası Prezidentinin diqqət və nəzarətində olmuşdur. Son illər rayon icra hakimiyyəti aparatında, ərazi icra nümayəndəliklərində və ikili tabelikdə olan yerli bölmələrdə çalışan dövlət qulluqçuları, təhsil və səhiyyə işçiləri, sadə peşə adamları Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əməkdar həkim, əməkdar müəllim, əməkdar jurnalist fəxri adları, orden və medallarla təltif olunmuşdur. Hesabat ilində Lerik Rayon İcra Hakimiyyəti başçısının memarlıq və tikinti şöbəsinin müdiri Əflatun İbrahimovun Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə, Rvarud kənd baytarlıq məntəqəsinin həkimi Rufulla Həsənovun “Tərəqqi” medalı, uzun illər dövlətçiliyə xidmət etmiş Rvarud kənd sakini Sucəddin Salayev və Vistən kənd sakini Hilal Qubadovun “Cümhuriyyətin 100 illiyi” medalı ilə təltif olunması cənab Prezidentin rayonumuzun hər bir sakininə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Rayonumuzun inkişafına göstərdiyi qayğı və diqqətə, aparılan quruculuq, abadlıq işlərinə görə rayon əhalisi adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildirir və zati-alilərini əmin edirik ki, bundan sonra da hər bir vətəndaşın yaxşı yaşaması və işləməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı məqsədilə imzaladığınız Fərman və Sərəncamlar, verdiyiniz tapşırıq və tövsiyələr qarşımıza qoyduğunuz vəzifələr layiqincə yerinə yetiriləcək və Lerik rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.

Keçidlər