Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik şəhərindəki “Şəhidlər Abidə Kompleksi” və istirahət parkında yenidənqurma işləri aparılır

14 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının azadlığı, vətənimizin bütövlüyü naminə canlarından keçən igid övladlarımız daima diqqət mərkəzindədirlər. Lerik rayonunda şəhidlər həmişə müqəddəs tutulur, Şəhidlərimiz anılır, şəhid ailələrinə qayğı və diqqət göstərilir.
Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulları unutmamaq, onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir. Bu, bizim dövlətin bu gün həyata keçirdiyi vətənpərvərlik siyasətinin prioritet istiqamətlərindəndir.
Lerik şəhərindəki Böyük Vətən müharibəsində həlak olan Lerik sakinlərinin abidəsinin və Qarabağ şəhidlərinin xatirələrini əbədiləşdirmək üçün inşa edilmiş abidə kompleksi və istirahət parkında yenidənqurma və bərpa işlərinə başlanılmışdır. Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev kompleksdə aparılan bərpa işləri ilə tanış olmuş, kompleksin ərazisində həmişəyaşıl dekorativ ağaclar əkilmişdir.

Keçidlər