Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirildi

09 sentyabr 2021 | 16:00

Sentyabrın 9-da Lerik Rayon İcra Hakimiyyətində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş Lerik rayonundan olan gənclərlə görüş keçirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimlərini yüksək nəticəyə görə təbrik edərək bildirdi ki, rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. Xüsusilə də 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin, o cümlədən qızların sayının ildən-ilə artması çox sevindirici haldır. Dünyanı bürümüş pandemiya ilə əlaqədar ötən ilin mart ayından əyani tədris prosesi dayandırıldı, onlayn təhsilə keçirildi. Bu həm müəllimlər, həm də şagirdlər üçün müəyyən çətinliklər yaratsa da, həm ötənilki, həm də builki qəbul göstəriciləri bizi çox sevindirir. Belə şəraitdə yüksək bal toplayaraq ali təhsil müəssisələrə daxil olan gənclərlə görüş keçirməyə çox böyük əhəmiyyət veririk. Yüksək bal toplayanların sayı ildən-ilə artır və onlar respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar.
Görüşdə Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin məzunu, 651 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuş Eltun Bəbirzadə, Veri kənd tam orta məktəbinin məzunu, 521 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuş Aydan Məhərrəmova və valideynlər adından Faiq Məhərrəmov çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirdilər, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə, tələbələrlə görüşün keçirilməsinə görə rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Respublikanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş gənclərə hədiyyələr təqdim edildi.

Keçidlər