Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik şəhərində təmir-abadlıq işləri davam edir

03 avqust 2021 | 16:00

Lerik şəhərində abadlıq-tikinti işləri çərçivəsində şəhərdaxili avtomobil yollarının əsaslı təmir işlərinə başlanılmışdır. Mirzə Fətəli Axundov, Cəlal Fərziyev, Qədir Nəzərov, Hacı Heydər və Elmar Qarayev küçələrində yolların profilinin hazırlanması və qum-çınqıl qatının döşənməsi işləri aparılmış və hal-hazırda həmin küçələrə asfalt döşənməsinə başlanılmışdır.
03 avqust 2021-ci il tarixində rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev şəhərdə aparılan asfaltlanma işləri ilə yerində tanış olmuşdur. Rayon rəhbəri abadlıq-tikinti işlərinin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər