Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə Vətən müharibəsində şəhid olmuş Babayev Çingiz Sulduz oğlunun ailəsinə çoxmənzilli yaşayış binasında yeni mənzilin açarları təqdim edildi

10 iyul 2021 | 16:00

10 iyul 2021-ci il tarixdə Lerik  şəhəri, şəhid İsmayıl Yaqubov küçəsində yerləşən çoxmənzilli yaşayış binasında şəhid  Babayev Çingiz Sulduz oğlunun ailəsinə yeni mənzilin verilməsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş nitqi ilə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev açdı.  Öncə ölkəmizin ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Sonra C. Baxşıyev geniş çıxış edərək bildirdi ki,  ötən il Azərbaycanın şanlı tarixinə qələbə ili kimi daxil oldu. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə, müzəffər Azərbaycan ordusu zəfər qazanaraq 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.
Daha sonra natiq qeyd etdi ki, həm birinci, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər.  Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında leriklilərin də adları vardır. Bütün şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına cənab Prezidentin tapşırığı ilə yüksək qayğı və diqqət göstərilir. Ötən qısa müddət ərzində respublikada olduğu kimi rayonumuzda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün 50-dən çox fərdi yaşayış evi tikilmiş, Lerik şəhərində iki 16 mənzilli kommunal yaşayış binası inşa edilmişdir. 40-dan çox müharibə əlilinə minik avtomobili verilmişdir . Hal-hazırda bu kateqoriyadan olan 20 nəfər üçün fərdi evin tikintisi davam etdirilir. 2021-ci il üçün daha 38 şəhid ailəsi və Qarabağ əlilləri üçün yeni yaşayış evinin tikintisi nəzərdə tutulmuşdur. Bütün şəhidlərin qəbirüstü abidələri düzəldilmiş, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Şəhid Çingiz Babayevin anası Sevinc Rəhman qızı Babayevanın  mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə etdiyi müraciəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında ailə yeni mənzilin verilməsi haqqında qərar qəbul edilmişdir və bu gün mənzilin açarları şəhid valideynlərinə təqdim edilir. Mən bütün şəhid ailələrinə göstərdiyi bu yüksək diqqət və qayğıya görə  ölkə başçısı cənab İlham Əliyeva rayon əhalisi, şəhid ailələri adından minnətdarlığımızı bildirirəm.
Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev yeni mənzilin açarlarını təqdim etdi.
Mənzilin açarlarını qəbul edən şəhid anası Sevinc Babayeva çıxış edərək  ailələrinə göstərilən diqqət və qayğıya, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı etdiyi müraciətlərinə həssaslıqla yanaşıldığına, qısa müddət ərzində onlara mənzilin verildiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi 

.
Daha sonra şəhid atası Hüseynverdi Rəhmətov, ağsaqqal Zakir Vəliyev çıxış edərək 44 günlük Vətən müharibəsində xalqla iqtidar və ordu birliyinin əzəmətini qeyd etdilər, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən yüksək qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə etdilər.
Sonda tədbir iştirakçıları mənzilə baxış keçirdilər və qiymətli hədiyyələr təqdim etdilər.

Keçidlər