Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Elvin Səfərovun ailəsinə “Qarabağ” ordeni təqdim edildi

05 iyul 2021 | 16:00

2021-ci il iyulun 5-də rayon icra hakimiyyətində Vətən müharibəsi şəhidi miçman Səfərov Elvin Ramiz oğlunun ailə üzvləri ilə görüş keçirildi və ailəsinə şəhidin təltif olunduğu Qarabağ ordeni təqdim edildi.
Təqdimetmə mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edirdilər.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev şəhidin ailə üzvlərini salamlayaraq, ötən il Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini bildirdi. Qeyd edildi ki, Səfərov Elvin Ramiz oğlu Vətən müharibəsində iştirak edərkən 2020-ci il noyabrın 1-də şəhid olmuşdur. Şəhid miçman Elvin Səfərov uğurlu döyüş yolu keçmiş, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli 2338 nömrəli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilmişdir. Bundan əlavə, şəhid miçman Elvin Səfərov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilmişdir.
Daha sonra şəhid miçman Elvin Səfərovun təltif edildiyi “Qarabağ” ordeni onun ailəsinə təqdim edildi.
Təltifi qəbul edən şəhidin ailəsi hərbiçilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər