Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi

23 iyun 2021 | 16:00

İyunun 23-də dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında karantin qaydalarının tələblərinə əməl etməklə davam edən  tədbiri rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev  giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi. Dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran natiq ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd etdi.
Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğuladı.
Tədbirdə Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon statistika komitəsinin sədri Nizam Muradov, Dövlət İdarələri və İctimai Xidmət  İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev və rayon gənclər və idman idarəsinin rəisi natiq İsaqov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etdilər, çətin və şərəfli  fəaliyyətlərində uğurlar arzuladılar.
Sonra dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edildi.  

Keçidlər