Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağac əkmə kompaniyası keçirildi

10 may 2021 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə geniş əhali kütləsinin iştirakı ilə iməcilik keçirmişdir. İməcilikdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivlərinin, ağsaqqallar iştirakı edirdi.
İməciliyin məhz 10 mayda, Ulu Öndərin doğum günündə keçirilməsində əsas məqsəd ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olmuşdur.
İməcilik zamanı “Şəhidlər” abidə kompleksində, Lerik şəhərinin park və xiyabanlarında, Lənkəran-Lerik magistral avtomobil yolunun 20-ci, 52-55-ci kilometrliklərində, Lerik-Qosmalıan-Kəlvəz avtomobil yolunun kənarında 1000 ədəddən çox çinar, sərv, qovaq və digər bəzək ağacları əkilmişdir. Eyni zamanda çoxillik ağacların dibləri yumşaldıldı, gövdələri ağardıldı və səliqə-sahman işləri aparıldı.

Keçidlər