Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirildi

31 mart 2021 | 16:00

31 mart 2021-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayın tədbir keçirmişdir. Videformatda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı R.Bağırov çıxış edərək bildirdi ki, 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələrin ən yüksək zirvəsi may ayının 28-də dövlət müstəqilliyinin elan edilməsidir.  Sonrakı mühüm hadisələr - 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edildi və Azərbaycan hökuməti Bakıya köçürüldü, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması idi.
Lakin bu əlamətdar hadisələrə qədər xalqımız üçün faciəvi olan və onun mövcudluğunu şübhə altına qoyan hadisələr baş vermişdir. XIX əsrin sonlarından “Qnçak” və “Daşnaksütyun” erməni partiyalarının meydana gəlməsi ilə Osmanlı imperiyası və Zaqafqaziya ərazisində Erməni dövlətinin yaradılmasına yönəlmiş təxribat planı hazırlanmış və plan əsasında silahlı siyasi fəaliyyətə başlamışdır. 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Həmin ildə xalqımıza qarşı törədilən soyqırımı hadisələri uzun müddət saxtalaşdırılmaya məruz qalmış, ört-basdır edilmiş və nəticədə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxarmışdır.
Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi hüquqi qiymət verildi və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Son illərdə həm dövlətimiz, həm də Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan tədbirlər nəticəsində bir çox dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar və Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qətnamə və bəyanatlarda Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində qırğın törədilməsi faktı tanınmışdır. Eyni zamanda ABŞ-ın bir çox ştatının qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə 1918-ci ilin martında minlərlə dinc azərbaycanlının öldürülməsinin insanlıq tarixində ən dəhşətli hadisələrdən olduğu vurğulanmışdır.
Bu hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Tarix heç zaman unudulmur, həm də yazılır. İndi güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərinin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.Ötən ilin sentyabrında başlayan və 44 günlük müharibə kimi şanlı tariximizə düşən savaş və Ali Baş Komandanımızın rəhbərliyi ilə son 17 ildə reallaşdırılan siyasət, xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsinin nəticəsində uzun illər məkrli düşmən tapdağında qalan əzəli və tarixi torpaqlarımız azad edildi. Artıq cənab Prezidentimiz həmin torpaqlara səfərlər edir, şəhər və kəndlərin bərpası istiqamətində tədbirlər görülür, yollar çəkilir, vətəndaşlarımızın doğma torpaqlarına qayıdışı üçün bütün infrastruktur yaradılır.
İnanırıq ki, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində uzun illər xalqımıza və dövlətimizə qarşı ikili standartlarla yanaşan dövlətlər də xalqımızın başına gətirilən bu faciələri soyqırım aktı kimi qəbul edəcəkdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik şəhər Heydər Əliyev Mərkəzinin direktoru  Hüsaməddin Abbasov, şəhər 2 saylı tam orta məktəbin müəllimi Şəhla Məmiyeva çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını qeyd etdilər. Bu tarixi faciələrin gələcək nəslə çatdırılması məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu vurğuladılar. Bu hadisələrin gələcək nəslə ötürülməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlının öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə borclu olduğunu bildirdilər.

Keçidlər