Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikin icra başçısı Rövşən Bağırov COVİD-19 əleyhinə ikinci dəfə peyvənd olundu

19 mart 2021 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Lerik rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Əhalinin vaksinasiya olunması üçün Lerik Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülmüş və lazımi şərait qurulmuşdur.
Hazırda rayonda yaşı  50-64 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
19 mart 2021-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova və rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikova COVID-19 əleyhinə ikinci doza vurulmuşdur.
Peyvənd olunduqdan sonra vaksinasiya prosesinin gedişatı ilə maraqlanan rayon icra hakimiyyətinin başçısı, xəstəxanada yaradılan şəraitlə də  tanış olmuş, peyvənd olunmaqdan ötrü xəstəxanaya gəlmiş rayon əhalisi ilə səmimi söhbət etmişdir. Bildirmişdir ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin kökündə onların sağlamlığı dayanır. Cənab Prezidentin rəhbərliyi sayəsində ölkəmiz vaksin əldə edən ilk ölkələrdən biridir. Bu faktın özü də təsdiq edir ki, ölkə Prezidentimiz cənab İlham Əliyev əhalinin sosial rifah halı ilə yanaşı sağlamlığını da daim diqqət mərkəzində saxlayır. Söhbət zamanı icra başçısı pandemiya ilə bağlı aparılan mübarizə tədbirlərinə, ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirmiş, bu istiqamətdə hər kəsə üzərinə düşən məsuliyyəti dərk etməyi tövsiyə etmişdir.
Rayon icra hakimiyyəti başçısına əhalinin COVID-19 infeksiyasına qarşı  vaksinasiya prosesinin yüksək səviyyədə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlər görülməsi,  bu məqsədlə ayrılmış xüsusi otaqların TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilməsi və günədək Lerik rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-64 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 3705 doza vaksin vurulduğu haqqında məlumat verildi.

Keçidlər