Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

"Xocalı faciəsi məktəblilərin gözü ilə" sərgisi keçirildi

26 fevral 2021 | 16:00

26 fevral 2021-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin əməkdaşları və bir qrup rayonun fəal gənci Xocalı faciəsi  qurbanlarının xatirəsinin yad edilməsi üçün “Şəhidlər” abidə kompleksi  ziyarət ediblər.
Sonra rayon gəncləri Lerik Rayon Mədəniyyət Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin və Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə təşkil olunan "Xocalı faciəsi məktəblilərin gözü ilə" sərgisinə karantin qaydalarına əməl olunmaqla baxış keçiriblər. Sərgidə rayon məktəbliləri tərəfindən çəkilmiş "Xocalı soyqırımı"nı əks etdirən rəsmlər nümayiş etdirilib. Gənclərə rəsmlər vasitəsi ilə 26 fevral tarixində Xocalı soyqırımı zamanı azərbaycanlı dinc əhalinin başına gətirilən dəhşətlər çatdırılıb.

Keçidlər