Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə Ulu Öndərin xatirəsi ehtiramla anıldı

12 dekabr 2020 | 16:00

Həmişə dövlətə və dövlətçiliyə sadiq olan leriklilər müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu olan Ümummilli Lideri Heydər Əliyevin xatirəsini daim əziz tutur, ehtiramla yad edirlər. Ulu Öndərin layiqli davamçısı, siyasi varisi Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində erməni faşistləri üzərində qazandığı parlaq qələbənin sevincini yaşayan leriklilər Ümummilli Liderin vəfatının 17-ci ildönümü ilə əlaqədar Ulu öndərə ehtiramlarını bildirmək üçün şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək, abidə önünə tər gül-çiçək dəstələri qoydular.
Dekabrın 12-də Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq məsafə saxlamaqla Ulu Öndərin abidəsi qarşısına gəlib önünə tər çiçəklər düzməklə xatirəsini ehtiramla yad etdilər.

Keçidlər