Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə alaqədar küçə və obyektərdə reyd keçirildi

03 iyul 2020 | 16:00

02-03 iyul 2020-ci il tarixlərində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon icra aparatında yaradılmış qərargahın üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar olaraq Lerik şəhərində və rayonun müxtəlif ərazilərində reyd keçirmişdir.
Rayon icra hakimiyyətinin başçısı şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanmış, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə tanış olmuşdur. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri tədbirlərin vaxtında görüldüyünü vətəndaşların diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, hər bir vətəndaşın müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi mütləq vacibdir.
İcra hakimiyyətinin başçısı tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.
Reyd zamanı 65-ə yaxın iaşə, bank, yanacaqdoldurma məntəqəsi və ticarət obyektləri yoxlanılmışdır. Karantin qaydalarına riayət etməyən bir neçə obyekt sahiblərinə xəbərdarlıq edilmiş, əlcək və maskalardan istifadə etməyən və qaydaları ciddi şəkildə pozanlara qarşı isə cərimələr tətbiq olunmuşdur.

Keçidlər