Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunda dezinfeksiyaedici tədbirlər davam etdirilmişdir

02 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.  
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə rayon ərazisində, o cümlədən Lerik şəhərində əhalinin sıx toplaşdığı yerlərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə rayon icra hakimiyyəti başçısının müavinləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər. Fəaliyyət göstərən bütün ticarət obyektlərinin rəhbərləri ilə fərdi qaydada izahat işləri aparılır, karantinin tələblərinə sözsüz əməl edilməsi tələb edilir.
Yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə şəhərin bütün küçə və meydanlarında, məhəllələrində səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə çağırırlar.
Nazilər Kabineti yanında Operativ Qərargahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması ilə əlaqədar müvafiq Qərarına əsasən polis əməkdaşları tərəfindən rayonun giriş-çıxış hissələrində postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
01-02 aprel 2020-ci il tarixlərində rayon ərazisində 65 yaşdan yuxarı tənha yaşayan 38 nəfər rayon sakininə rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə sosial-məişət xidmətləri göstərilmiş, tibbi ləvazimatlar paylanılmışdır.  
Lerik şəhərində 5 inzibati idarə binasında, 2 çoxmənzilli yaşayış binalarının həyətləri və pilləkən qəfəslərində, Heydər Əliyev meydanı, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Nizami Gəncəvi küçələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilmişdir.
Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və digər zəruri işlərin görülməsi gün ərzində davam etdirilir.

Keçidlər