Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə koronavirus əleyhinə qabaqlayıcı tədbirlər aparılır

25 mart 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Lerik Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bu məqsədlə Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən RİH-də xüsusi Qərargah yaradılaraq, öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın Qərar və təlimatlarına uyğun olaraq qurmuşdur.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədiləLerik rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq ərazi icra nümayəndəliklərində təşkil edilmiş “könüllülər” qrupu, həmçinin Yeni Azərbaycan Partiyası rayon təşkilatının könüllüləri, ərazi icra nümayəndələri, bələdiyyə üzvləri və aktiv gənclər cəlb edilməklə rayon ərazisində əhali, xüsusi ilə yaşı 65-dən yuxarı olan vətəndaşlar arasında maarifləndirmə işləri aparılır, küçələrdə və reklam lövhələrində qaydalar barədə məlumatlar yerləşdirilmişdir. Yaşlı insanların sosial-məişət problemləri öyrənilir və operativ şəkildə həllinə səy göstərilir. Elan olunmuş karantin qaydalarına tam şəkildə riayət olunmasından ötrü aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayon ərazisində mövcud olan idarə və müəssisələrin inzibati binalarında, uşaq bağçaları, təhsil müəssisələrində, məscidlərdə dezinfeksiya tədbirləri aparılmışdır. Belə ki, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və digər iaşə müəssisələrinə baxışlar keçirilərək, orada təşkil olunmuş təhlükəsizlik tədbirləri ilə maraqlanılır və həmin obyektlərə koronavirus (COVİD-19) infeksiyasından qorunmağın qaydaları barədə hazırlanmış çap materialları paylanılır. Bundan əlavə, digər maarifləndirici materiallar hazırlanaraq, rayon ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, ticarət obyektlərinə vurulur.
Lerik Rayon İcra Hakimiyyəti tərəfindən ölkədə koronavirus infeksiyası ilə bağlı infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi rejimin qaydalarına əməl edilir və rayon ərazisində icrası tam olaraq nəzarətdə saxlanılır.

Keçidlər