Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şingədulan kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

27 fevral 2020 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şingədulan kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, ötən dövr ərzində cənab Prezidentin əhalinin sosial problemlərinin həlli istiqamətində verdiyi müvafiq sərəncamları hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir və razılıqla qarşılanmışdır.
Sonra rayon icra hakimiyyətinin başçısı respublikamızın inkişafı, o cümlədən, rayonumuzda aparılan abadlıq-quruculuq işləri barədə geniş məlumat verdi. Qeyd etdi ki, hal-hazıradək rayonun 56 yaşayış məntəqəsi qazlaşdırılmış, 2020-ci ildə isə rayonun 10-dan çox məntəqəsinin, həmçinin Şingədulan ərazisinə daxil olan kəndlərində qazlaşdırılması nəzərdə tutulmuşdur. 
Görüş-qəbulda vətəndaşlar tərəfindən əraziyə gələn və ərazidaxili elektrik xətlərinin təmirinə,  Zenoni və Laman kəndlərində içməli su probleminin həllinə, Noda-Şingədulan-Xanagah avtomobil yolunun dağılmış hissələrinin bərpasına, Laman kəndinə gedən avtomobil yolunun texnika vasitəsi ilə hamarlanmasına və bir sıra şəxsi xarakter daşıyan problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılmış problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərdən bir neçəsinin Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər