Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Babagil kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

19 sentyabr 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov  19 sentyabr 2019-cu il tarixdə rayonun Babagil kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və digər sosial ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Səyyar görüş qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edərək, vətəndaşlar dinlənildi.
Görüş-qəbulda vətəndaşlar tərəfindən 21 məsələ qaldırıldı. Vətəndaşlar ərazinin qazlaşdırılmasına, əraziyə gələn və ərazidaxili elektrik xətlərinin təmirinə, Noda kənində yeni məktəb binasının tikintisinə, ərazidə içməli su probleminin həllinə, ərazinin kəndlərini birləşdirən avtomobil yollarının asfaltlaşdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu.  Qəbul zamanı qaldırılmış məsələlərdən 4-ü yerində həll edildi, 6-nın Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər