Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

09 avqust 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 31-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən irəli gələn vəzifələr və 2019-cu ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura  iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövləti başçısı bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra olunduğunu, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin reallaşdırıldığını, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirmişdir. İqtisadiyyatımızın 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesinin 15,7 faiz,  kənd təsərrüfatı 13 faiz, ticarət dövriyyəsi 20 faiz,  qeyri-neft ixracı 15 faiz,  əhalinin gəlirləri 6,6 faiz artmış, valyuta ehtiyatları 4 milyard artaraq 49 milyard dollara yüksəlmiş, iqtisadiyyata 6 milyard dollardan çox sərmayə qoyulmuş, sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılmış, büdcə daxilolmaları 440 milyon manatdan çox artmış, minimum əməkhaqqı 130 manatdan 250 manata, pensiya 116 manatdan 200 manata çatdırılmış, məcburi köçkünlərə verilən müavinət 50 faiz artırılmış, problemli kreditlərlə bağlı olan məsələ həllini tapmış, 400 kilometrə yaxın avtomobil yolu çəkilmiş, "SOCAR karbamid” və "SOCAR Polymer”in zavodları işə salınmışdır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları ölkənin hər yerində olduğu kimi rayonumuzda da uğurla icra edilmişdir. Rayonda yeni infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmiş, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoymuş, yeni avtomobil yolları inşa edilmiş, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir. 10 mindən yuxarı yeni iş yeri yaradılmışdır. Bütün sahələrdə inkişaf qeydə alınmışdır. Lerik şəhəri daxil olmaqla kəndlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır.
Son 15 ildə rayon üzrə ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətdə 2018-ci ildə 6,6 dəfə, sənaye 13,3 dəfə, kənd təsərrüfatı 3,1 dəfə, əsas kapitala yönəldilmiş vəsait 23,6 dəfə, ondan tikinti-quraşdırma işləri 30,8 dəfə artmışdır.
2019-cu ilin birinci yarımilində rayon üzrə 976, o cümlədən 226 daimi, 750 isə müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2018-ci və 2019-cu ilin altı ayı ərzində 14426 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.
Fövqəladə Hallar nazirliyi tərəfindən təbii fəlakət nəticəsində fərdi yaşayış evləri qəza vəziyyətinə düşmüş 30 fərdi yaşayış evinin tikintisində son tamamlanma işləri aparılır.
Lerik şəhərinə alternativ su xəttinin və Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. Artıq Mastail-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılaraq xətt istifadəyə verilmişdir.
Lerik şəhərində 48 mənzilli, 4 mərtəbəli, 3 girişli yeni yaşayış binasının mərtəbələrinin tikintisi başa çatdırılmışdır. Binada bəzək işləri həyata keçirilir. 56 km-lik Lənkəran-Lerik və 22 km-lik Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolunda tikinti işləri sürətlə aparılır. Hər iki avtomobil yolunun asfaltlaşdırılmasına başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin rayonumuza qayğı və diqqəti ilə artıq rayonun 50 yaşayış məntəqəsi tam qazlaşdırılmış, cari ildə Peştətük kəndinə qaz xətti çəkilmişdir. Hal-hazırda tikintidə son tamamlanma işləri həyata keçirilir və Vizəzəmin kəndinin qazlaşdırılmasına başlanılmışdır.
Hesabat ilində şəhərin Arzuman Əsədullayev, Həzi Aslanov, Cəfər Cabbarlı, Şıxəli Qurbanov, Nəsimi, Elşən Qasımov küçələrində asfaltlaşdırma işləri həyata keçirilmiş, digər küçə və dalanların asfaltlaşdırılması üçün hazırlıq işləri davam etdirilir. Lerik şəhər mərkəzi parkında təmir-bərpa işləri aparılır. Həzi Aslanov, Elmar Qarayev küçələrində 200 metrdən yuxarı istinad divarı inşa edilmişdir. Digər küçələrdə də istinad divarlarının tikintisi və bərpası nəzərdə tutulmuşdur. Park və xiyabanlarda bərpa işləri aparılmışdır. Şəhərin işıqlandırılmayan küçə və dalanlarında işıqlandırma işləri həyata keçirildiyini qeyd etdi.
Sonra Şura iclasında rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış etdi 
Şura iclasında Lerik Rayon Maliyyə İdarəsinin müdiri Elman Abbasov, rayon Statistika İdarəsinin müdiri Nizaməddin Muradov və rayon Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla dövlətçiliyin möhkəmləndirilməsində, ölkənin sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında xüsusi xidmətləri görə Lerik Rayon Baytarlıq İdarəsinin aparıcı baytar həkimi Sücəddin Salayevin və təqaüdçü Hilal Qubadovun “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə,  uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Əflatun İbrahimovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini diqqətə çatdırdı. Bunu  rayonun ictimaiyyətinə və bütün ziyalılarına verilən qiymət olduğunu bildirdi, medal və vəsiqələri təqdim etdi.
Sonda Şura iclasında müvafiq qərar qəbul edildi.

Keçidlər