Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lənkəran teatrı Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa ilə çıxış etdi

19 aprel 2019 | 16:00

Aprelin 19-da Lənkəran Dövlət Dram Teatrının truppası Lerik rayon mədəniyyət evinin səhnəsində Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşasını təqdim etdi.
Tamaşadan öncə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov və digərləri çıxış edərək Qabil Quliyevin Azərbaycan teatrının inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söz açdılar.
Tədbirdə yubilyara Lerik Rayon İcra Hakimiyyəti, rayonun ayrı-ayrı təşkilatları tərəfindən  xatirə hədiyyələri təqdim olundu.   
Daha sonra Xalq artisti Qabil Quliyevin iştirakı ilə “Olanlardan-keçənlərdən" tamaşasına baxış oldu. Epik səpkidə hazırlanmış tamaşada dramaturji material üçün mövzu Ü.Hacıbəyovun XIX əsrin sonlarında və XX əsrin əvvəllərində müxtəlif qəzetlərdə işıq üzü görmüş felyeton, hekayə, pamflet və intermediyalarından istifadə olunub. Elmsizlik və savadsızlığın, köhnə məktəb üsulunun, xalqın tərəqqisinə mane olan adət və ənənələrin tənqidi tamaşanın əsas ideyasını təşkil edirdi.
Rayon ictimaiyyətin böyük maraqla izlədiyi tamaşadan sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Xalq artisti Qabil Quliyevi qəbul edərək ona yubiley təbrikini çatdırdı.

Keçidlər