Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Siyovda vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

28 mart 2019 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Siyov kəndində Siyov kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və Novruz bayramı münasibəti ilə təbrik etdi.  Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə yerlərdə səyyar görüş-qəbullar mütəmadi olaraq keçirilir ki,  bu görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən problemlərlə yerindəcə tanış olmaq, həlli mümkün olan məsələləri yerindəcə həll etmək və icrası mümkün olmayan problemlərlə bağlı isə təkliflər hazırlayıb aidiyyəti qurumlar qarşısında vəsatət qaldırmaqdır.
Rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezident tərəfindən 2019-cu ildə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, şəhid ailələrinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından, Şamaxıda zəlzələ zamanı zərər çəkmiş vətəndaşlara göstərilən qayğıdan və müavinətlərin artırılması barədə həyata keçirilən tədbirlərdən geniş məlumat verdi.
Cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq Dövlət Proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin digər regionları kimi, Lerik rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Güləli Quliyev, Bayramov Mirhüseyn, Höccətov Mehman və digərləri çıxış edərək rayon ərazisində həyata keçirilən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Siyov kəndində yeni məktəb binasının tikintisinə, ərazisinin kəndlərinə qaz xəttinin çəkilməsinə, yeni çəkilmiş Piran-Hamarat-Vıjaker avtomobil yoluna nəzarət edilməsinə və bir sıra şəxsi xarakter daşıyan problemlərini həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər