Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin Lerik şəhərindən təntənəli yola salınma mərasimi keçirildi

15 mart 2019 | 16:00

15 mart 2019-cu il tarixdə  Heydər Əliyev meydanında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təhsildə fərqlənən bir qrup məktəbli uşaqların Quba-Qusar-Xaçmaz rayonlarına təntənəli yolasalma mərasimi keçirildi.
Lerik rayonunun ümumtəhsil məktəblərinin öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər IX-XI sinif şagirdi və onları müşayiət edən bir neçə müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Quba-Qusar-Xaçmaz şəhərlərinə səyahət edəcək, şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Mərasim iştirakçıları öncə Heydər Əliyev meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular.
Yolasalma mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tur-aksiya iştirakçılarını salamladı və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı, qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın ayrı-ayrı bölgələrinə tur-aksiyaları təşkil olunur.
Bu gün rayonumuzun ümumtəhsil məktəblərində öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığınız ilə seçilərək bu gün start götürəcək tur-aksiyanın 11-ci mərhələsi çərçivəsində dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Quba-Qusar-Xaçmaz şəhərlərinə səyahət turuna adınız salınmışdır. Siz səfər edəcəyiniz şəhərlərin tarixi və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətləri ilə yaxından tanış olmalı, rayonumuzu layiqincə təmsil etməlisiniz. Eyni zamanda siz müxtəlif  intellektual oyunlarda iştirak etməklə öz bilik və bacarığınız nümayiş etdirməlisiniz. Biz inanırıq ki, siz rayonumuzu layiqincə təmsil edərək uğurlu nəticə, kubokla dönəcəksiniz.
Daha sonra natiq bildirdi ki, ölkəmiz son illər böyük nailiyyətlər əldə etmişdir. Respublikamızın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət edən bir sıra iri layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikamızda o, cümlədən rayonumuzda da uğurla icra edilmişdir. Tur-aksiya çərçivəsində olduğunuz rayonlarda da bütün bunların əyani şahidi olacaqsınız və bunlar sizdə böyük maraq doğurmaqla yanaşı yaddaşınızda silinməz xatirələr qoyacaqdır.
Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlər barədə danışan rayon icra hakimiyyəti başçısı R.Bağırov məktəblilərə tövsiyələrini bildirdi və yaxşı yol arzuladı. Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə etdi.

Keçidlər