Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lüləkəran kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

21 fevral 2019 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Lüləkəran kəndində Blaband kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması barədə verdiyi sərəncamlar hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir və razılıqla qarşılanmışdır. Respublikamızda, o cümlədən, rayonumuzda bütün sahələrdə uğurlu inkişaf gedir.
Sonra cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq ölkəmizin digər regionları kimi, Lerik rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirdi. Son illər rayon mərkəzi ilə yanaşı ucqar dağ kəndlərimizdə də 50-dən çox yeni məktəb binalarının, 50 kəndə qaz xəttinin çəkildiyini, 12 kənddə elektrik xətlərinin sipp kabelə əvəzləndiyini, kəndara yollarının təmir edildiyini, bir neçə kəndimizin yoluna asfalt döşəndiyini qeyd etdi. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq ötən il rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və Geskon  kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını və bu il qəbul edilmiş yeni Dövlət Proqramına uyğun görüləcək işlərin daha da geniş sahələri əhatə etdiyini diqqətə çatdırdı.  
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Rauf Əliyev, Elxan Əliyev, Şakir Babayev, Şəfaddin Mirzəyev, Abdulla İsmayılov və digərləri çıxış edərək rayon ərazisində həyata keçirilən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, Lüləkəran kənd məktəbi üçün yeni binanın tikintisinə, elektrik xətlərinin sipləşdirilməsinə, kənd klubunun bərpasına və bir sıra şəxsi xarakter daşıyan problemlərini həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər