Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

17 avqust 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayaraq Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
İclasda “Rayonun Blaband və Əliabad ərazi icra nümayəndəliklərində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74 və 75-ci maddələrinə “tikintisinə icazə tələb olunan tikinti obyektləri” və “tikintiyə icazə verilməsinin ümumi qaydaları”na uyğun olaraq mövcud vəziyyətin araşdırılması, görülmüş tədbirlərin vəziyyəti barədə” rayon icra hakimiyyəti başçısının aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Əflatun İbrahimovun arayışı dinlənildi. Rayonda, o cümlədən yoxlama aparılmış Blaband və Əliabad ərazi icra nümayəndəliklərində tikintisinə icazə tələb olunan tikinti obyektləri və tikintiyə icazə verilməsinin ümumi qaydaları məsələləri geniş müzakirə olundu.
Rayon icra hakimiyyətinin başçısı Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.

Keçidlər