Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Mistan kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

17 may 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Mistan kənd ərazi icra nümayəndəliyinin inzibati idarə binasında vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, ərazilərdə, kəndlərdə vətəndaşlarla görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq keçirilir. Sizinlə belə görüşlərimiz bir neçə dəfə olmuşdur. Bu gündə qrafikə uyğun olaraq növbəti dəfə Mistan kəndində, sizlərlə birlikdəyik .
Sonra çıxışında rayon icra hakimiyyətinin başçısı ölkəmizin cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində gündən günə inkişaf etdiyini bildirdi.
Cənab Prezidentin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq  azərbaycanın digər rayonları kimi, Lerik rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirərək, son illər rayon mərkəzi ilə yanaşı ucqar dağ kəndlərimizdə də yeni məktəb binaları tikildiyini, bir neçə kəndə qaz xəttinin çəkildiyini, kəndara yollarının təmir edildiyini, bir neçə kəndimizin yoluna asfalt döşəndiyini qeyd etdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Zəfər Hüseynov,  Qəhrəman Bəşirov, İlkin Qəmbərov, Əlişa Muradov və Ümidvar Kəlbiyev çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və əraziyə gələn kənddaxili elektrik, rabitə xətlərinin və dirəklərinin dəyişdirilməsinə, Mistan kəndində su bəndlərinin tikilməsinə, kəndara avtomobil yollarının texnika vasitəsi ilə hamarlanmasına,  Mistan kənd ƏİN binasının tikintisinə, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün kreditlərin ayrılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər