Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş rayon məktəbliləri arasında futbol çempionatı keçirildi

09 may 2018 | 16:00

01 may 2018-ci il tarixdən başlayaraq Lerik Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Lerik rayonunun ümumtəhsil məktəbliləri arasına futbol üzrə rayon çempionatına start verilmişdir. Yarışda 2 qrup üzrə 8 komanda mübarizə aparırdı.
9 may 2018-ci ildə çempionatın final oyunu keçirilmişdir. Final oyununu rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərləri ilə birlikdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov da izləmişdir.
Oyunda  qalib olan Lerik inteqrasiya təlimli internat tipli gimnaziyanın komandasını və məşqçi heyətini təbrik edən rayon icra hakimiyyəti başçısı son illər respublikamızda idmana, xüsusi ilə futbola göstərilən dövlət qayğısından söhbət açdı. Tərtib edilmiş tədbirlər planına uyğun olaraq rayonda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol və digər idman növləri üzrə yarışların keçirildiyini bildirdi.
Sonda rayon icra hakimiyyəti başçısı qalib komandalara Kubok, Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etdi və onlara xatirə şəkli çəkdirdi.

Keçidlər