Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Lerik rayonunda silsilə tədbirlər keçirilir

07 may 2018 | 16:00

Tərtib edilmiş tədbirlər planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar rayonumuzun ümumtəhsil məktəblərində şagird və məktəb kollektivlərinin iştirakı ilə silsilə tədbirlər keçirilir. Heydər Əliyev Mərkəzində rayon məktəblərinin IX-XI sinif şagirdləri üçün ulu öndərimiz Heydər Əliyevin şərəfli ömür yolu və Azərbaycan Respublikasının inkişafındakı xidmətlərindən bəhs edən tarix dərsləri keçirilir. İstər ümumtəhsil müəssisələrində, istərsə də Heydər Əliyev Mərkəzində təşkil olunmuş tarix dərslərində ulu öndərimizin həyat və fəaliyyətindən bəhs edilərək  ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşadığı vurğulanmışdır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderimizin müstəsna yeri vardır. Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Tədbirlərdə H.Əliyevin Azərbaycanın inkişafındakı xidmətlərindən, hələ Sovet hakimiyyəti illərində hakimiyyətdə olduğu dövrlərdə milli ideologiya əsasında fəaliyyətindən, ötən əsrin 90-cı illərin əvvəllərində yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanda baş verən proseslərdən bəhs olunmaqla yanaşı, həm də həmin dövrdə olkənin müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalması, separatçı meyllərin gücləndiyi bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etməsindən, eləcə də sonrakı dövrlərdə azərbaycançılıq ideyalarının möhkəmləndirilməsi və ölkəmizin hazırkı inkişafından bəhs olunmuşdur.

Keçidlər