Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Durğan kəndinə mavi qaz verildi

24 mart 2018 | 16:00

24 mart  2018-ci il tarixdə Durğan kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov və “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəisi İbrahim Kərbalayev, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Durğan kənd ümumi orta məktəbinin direktoru Balaqardaş Babayev qonaqları salamlayaraq bildirdi ki, bayram günlərində sakinlərimizin sevincinə sevinc qatan bir tədbirə - Durğan kəndinə mavi qazın verilməsinin açılışına həsr olunmuş mərasimə toplaşmışıq. Durğan kəndinə müxtəlif diametrli borularla 48 abonentin evinə qaz xətti çəkilmişdir ki, bu da sakinlərimizin rifah halının daha da yaxşılaşmasına xidmət edir. Novruz bayramı günlərində kəndimizə mavi qazın verilməsinə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəkdir.
Sonra kənd sakini İltifat Kərimov çıxış edərək kənd sakinləri adından möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdi.
Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov və “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov çıxış edərək kənd sakinlərini Novruz bayramı və kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik etdilər. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdılar. 
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək öncə kənd sakinlərini salamladı, Novruz bayramı və əlamətdar hadisə-təbii qazın verilməsi münasibəti ilə təbrik etdi.
Rayon icra hakimiyyətinin başçısı qeyd etdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Lerik rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır. Bunun da bariz nümunəsidir ki, bu gün Durğan  kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndlərimizin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir.  Natiq onu da qeyd etdi ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərinin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.
Cənab Prezidentin imzaladığı 05 mart 2018-ci il tarixli sərəncamında 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri arasında rayonumuzun Veri kəndinin də daxil olduğunu, eyni zamanda 21 mart 2018-ci il tarixli müvafiq sərəncamla rayonumuzda tikiləcək modul tipli məktəblər barədə məlumat verdi. 
Rayon rəhbəri qeyd etdi  ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının  təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdəndir.
Çıxışının sonunda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov göstərdiyi bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin  həyata keçirilməsində dəstək olan hər kəsə öz dərin minnətdarlığını bildirdi.
Sonda rayon İcra hakimiyyəti başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovun xeyir-duası ilə 48 abonenti olan Durğan kəndinə təbii qazın verilməsini bildirən məşəl alovlandırıldı.

Keçidlər