Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məsullarının satış yarmarkası keçirildi

18 mart 2018 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə fevral ayının 17 başlayaraq hər həftənin şənbə və bazar günləri Nizami küçəsində ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilir.
Yarmarkada bayram süfrəsi üçün lazım olan müxtəlif çeşiddə ərzaq məhsulları,  meyvə-tərəvəz, şirniyyat, çərəzlər, ət-süd,  balıq və digər məhsulları bazar qiymətlərinə nisbətən 20-30 faiz ucuz alıcılara təklif edilmişdir.
Yaradılan şərait və satış qiymətləri ilə bağlı razılıq bildirən sakinlər belə yarmarkaların təşkil edilməsinin əhəmiyyətini qeyd edərək bayramqabağı göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və rayon icra hakimiyyəti başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər