Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

05 dekabr 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Öncə Çayrud və Piran kənd ərazi icra nümayəndəliyində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi vasitəsi ilə video-konfransla iki vətəndaş qəbul edilərək dinlənildi.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, tikinti materialının verilməsi, torpaq məsələləri, maddi yardım verilməsi, kəndara yollarının, elektrik xətlərinin təmiri və digər məsələlərlə bağlı idi.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.
Ümumlikdə rrayon icra hakimiyyəti başçısı tərəfindən 21 vətəndaş qəbul edildi.

Keçidlər