Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə

24 noyabr 2017 | 16:00

24 noyabr 2017-ci il tarixdə Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə qastrol səfərində olmuşdur.
Yaradıcı kollektiv Lerik Rayon Mədəniyyət Mərkəzinin səhnəsində yazıçı-dramaturq Hafiz Mirzənin “Ay lolo və ya mockvalı gəlin” tamaşası ilə sənətsevərlər qarşısında çıxış etmişdir. Teatrın rejissoru, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr keçmiş sovet dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli onu etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını içdən öyrənməsinə şərait yaradır. Amma bunun hiylə olmasının üstü açılır. Sonda ata-anaları rus qızını oğlanları üçün almağa razılaşsalar da, Nataşa Moskvaya qaçır...
Nümayiş etdirilən tamaşanı rayon ictimaiyyəti ilə birgə Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat  rəhbərləri izləmişdir.

Keçidlər