Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

09 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə veloyürüş keçirildi

09 noyabr 2017 | 16:00

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 noyabr tarixli 595 nömrəli Sərəncamına əsasən, habelə gənclərin və yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində müəyyən edilmiş vəzifələrə uyğun olaraq 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, ümumtəhsil məktəblərində, eləcə də məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Vətəndaşlarda dövlət rəmzlərinə, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin güclənməsinə, uşaqların, yeniyetmə və gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, onların Azərbaycanın dövlət rəmzləri haqqında biliklərinin möhkəmlənməsinə yönələn məruzə və çıxışlar dinlənilmişdir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 9-da Lerik Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Lerik şəhərinin mərkəzindəki Dövlət Bayrağı meydanına veloyürüş keçirildi. 40 nəfərədək iştirakçının qatıldığı yürüş Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyindən start götürmüş, Heydər Əliyev meydanında şəhər sakinlərinin sürəkli alqışları ilə başa çatmışdır. Yürüş iştirakçıları ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər güllər düzülmüşdür. Heydər Əliyev Mərkəzində veloyürüş iştirakçıları ümummilli liderin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olmuş və Azərbaycanın Dövlət Himnini ifa etmişlər. Yürüş iştirakçılarına rayon gənclər və idman idarəsinin fəxri fərmanları təqdim edilmişdir.

Keçidlər