Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirildi

08 sentyabr 2017 | 16:00

Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirdi. Görüşdə aparatın məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və tələbə adını qazanmış gənclər iştirak edirdi.
Rayon icra başçısı Rövşən Bağırov tələbə adını qazanmış gəncləri və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etdi ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması çox sevindiricidir. Bildirdi ki, bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 135 nəfər tələbə adını qazanmış, bunlardan 1 nəfər 600-dən, 14 nəfər isə 500-dən yuxarı bal toplamışdır.  
Ulu Öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirdiyini, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etdiyini diqqətə çatdırdı. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də ulu öndər ənənələrinə sadiq qalaraq  təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsini daim diqqətdə saxlanılmışdır. Bu diqqət və qayğı nəticəsində son illər rayonumuzda 50-yə yaxın yeni məktəb binası tikilmiş, 10-a yaxın məktəb əsaslı təmir olunmuş və 3 yeni məktəb binasının tikintisində işlər davam etdirilir. Təhsildə fərqlənən şagirdlər üçün cənab Prezidentin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə tur-aksiyaların təşkil olunduğunu vurğulayan natiq  respublikada, o cümlədən rayonumuzda reallaşdırılan digər infrastruktur layihələr haqqında gənclərə geniş məlumat verdi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək cari ildə ali məktəblərə qəbul olunan tələbələr haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Sonra rayon təhsil şöbəsinin müdir əvəzi Hicran İbrahimov, şəhər 3 saylı tam orta məktəbinin direktoru Validə Mədətova, Pirasora kənd tam orta məktəbinin direktoru Yusub Yusubov, Azərbaycan Tibb Universitetinə qəbul olmuş Nuridə Abdullazadə və Sevda Ağayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuş Ceyhun Qəhrəmanov, Bakı Dövlət Universitetinə qəbul olmuş Rəşad Abuzərli, Fransa Azərbaycan Universitetinə qəbul olmuş Rəhman Bədəlov və digər tələbələr çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişlər. 
Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyəti başçısı bir daha onları təbrik edərək, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzuladı. 
Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verildi və xatirə şəkli çəkildi.

Keçidlər