Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirildi

14 iyul 2017 | 16:00

14 iyul 2017-ci il tarixdə Lerik Mədəniyyət evində Lerik Rayon İcra Hakimiyyətinin və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə  istehlakçıların hüquqlarının qorunması sahəsində regionlarda mövcud vəziyyəti təhlil etmək, aidiyyəti dövlət orqanlarının bu sahədə vəzifələri barədə müzakirələr aparmaq, dövlət orqanları-istehlakçı əlaqələrində sivil münasibətlərin formalaşdırılmasına nail olmaq, istehlakçı hüquqları ilə bağlı regionlarda həyata keçiriləcək təbliğat-təşviqat və digər maarifləndirmə tədbirlərinin istiqamətlərini müəyyənləşdirməkdən ötrü “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirildi.
Konfransda Lerik Rayon İcra Hakimiyyəti Başçısının I müavini Cəlil Baxşıyev, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə və sektor müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar və rayon ictimaiyyəti iştirak edirdilər.
Konfransı Lerik Rayon İcra Hakimiyyəti başçısının I müavini Cəlil Baxşıyev  giriş nitqi ilə açaraq ilk öncə  qonaqları salamladı və İqtisadiyyat Nazirliyi tərəfindən artıq ikinci dəfə istehlakçıların hüquqları,  satınalmalar və digər məsələlərlə bağlı rayonumuzda böyük tədbir keçirildiyini diqqətə çatdırdı. Rayonumzda bu tədbirin keçirilməsinə dəstək olduqlarına görə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbərlərinə və konfrasda iştirak edən bütün əməkdaşlarına rayon icra hakimiyyəti başçısı və aparat adından minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”sində istehlak bazarı və sahibkarlığın inkişafı ilə bağlı rayon icra hakimiyyətlərinin konkret vəzifələri müəyyən edilmişdir. Rayon icra hakimiyyəti mütəmadi olaraq rayon icra hakimiyyəti başçısının müvafiq  sərəncamı ilə yaradılmış Lerik rayonunda sanitar-gigiyenik qaydalara uyğun ticarətin təşkili və əhaliyə göstərilən digər xidmətlərin vəziyyəti ilə bağlı işçi qrupu ilə birlikdə obyektlərdə reydlər aparır, rayon icra hakimiyyətinə daxil olan vətəndaş müraciətlərini yerində araşdırır. Aşkar edilmiş nöqsanların operativ aradan qaldırılması üçün obyekt rəhbərlərinə hüquqi məsləhətlər verir, digər qanun pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər həyat keçirir. Lerik Rayon İcra Hakimiyyətinə 2016-cı ildə istehlakçıların Hüquqlarının pozulması ilə bağlı 77, 2017-ci ilin keçən 6 ayı ərzində isə 29 müraciət daxil olmuşdur. Daxil olan bütün müraciətlər vətəndaşların öz iştirakı təmin edilməklə araşdırılmış və müraciətlər qanunamüvafiq qaydada həll edilmiş, həlli rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olmayan müraciətlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılmışdır.
Sonra natiq Sahibkarlıq subyektərinin fəaliyyətinin tənzimlənməsi və onların qarşılaşdığı problemlərin operativ həll edilməsindən ötrü “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanının icrası ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2016-cı il tarixli, 27 nömrəli sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının yaradıldığını, həmçinin rayon icra hakimiyyətinin rəsmi saytında da Apellyasiya Şurası üçün ayrıca elektron ünvanın yaradılaraq veb saytda yerləşdirilməsini diqqətə çatdırdı.  
Daha sonra  konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev çıxış etdi. Qeyd etdi ki,  istehlakçı hüquqlarının qorunması insanların hüquqlarının qorunması deməkdir. Çünkü insanların şəxsi tələbatları onların iqtisadi və sosial-mədəni təlabatları deməkdir. Yəni dünyaya gəlişi ilə hər bir insan istehlakçıya çevrilir. İstehlakçı olmaq üçün heç də həmişə ticarət, iaşə və ya məişət xidmət obyektinə getmək lazım olmur. Hüquqlarımızı bilmək, istehlakçı ilə istehsalçı arasındakı münasibətlərin dəyərləndirilməsi təkcə özümüzə deyil, ailəmizə, yaxın ətrafımıza, sonda cəmiyyətimizə xidmətdir

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidmətinin şöbə müdiri Kamran Umudov “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda, Xidmətin şöbə müdirinin müavini Mirdaməd Kərimov “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?” mövzusunda, Xidmətin sektor müdiri Yusif Hüseynov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzunda məruzə ilə çıxış etdilər. 
Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırıldı.

Keçidlər