Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Şingədulan kənd sakinləri ilə görüşdü

05 iyul 2017 | 16:00

Rayon icra hakimiyyəti başçısı Noda-Şingədulan-Xanəgah avtomobil yolunda aparılan tikinti işləri ilə tanış olarkən Şingədulan, Züvüc və Əliabad inzibati ərazi dairələrində əkilmiş tütün sahələrinə də baxış keçirmişdir. Ərazidə olarkən Şingədulan kəndində bir qrup vətəndaşla görüş təşkil olunmuş, onların rəy və təklifləri dinlənilmişdir.
Görüşdə rayon icra hakimiyyəti başçısı ərazidə torpaq sahələrinin kənd təsərrüfatı məhsulları istehsalı üçün çox əlverişli olduğunu vurğulayaraq gəlirli sahə olan tütün əkininə daha çox diqqət yetirmələrini qeyd etdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi yolu ilə əkin sahələrinin genişləndirilməsinin vacibliyini bildirdi.
Vətəndaşlar görülən işlərə görə ölkə Prezidentinə və rayon icra hakimiyyəti başçısına minnətdarlıqlarını bildirdilər. Ərazidə elektrik xətlərinin və kənddaxili avtomobil yollarının təmirinə, əraziyə qaz xəttinin çəkilməsinə, tütün qəbulu məntəqəsinin tikilməsinə, kənddə artezian quyusunun qazılmasına  köməklik göstərilməsini xahiş etdilər. Bəzi məsələlərlə bağlı fikir və təkliflərini çatdırdılar.
Görüş zamanı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verdi.

Keçidlər