Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümumrayon iməciliyi-ağac əkmə kompaniyası keçirildi

10 may 2017 | 16:00

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilat kollektivlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon iməciliyi-ağacəkmə kompaniyası keçirildi.
İməcilikdə 1300 nəfərə yaxın rayon sakini iştirak edirdi. Ağacəkmə kompaniyası çərçivəsində Heydər Əliyev meydanında, Bayraq meydanında və “Şəhidlər” abidə kompleksində, Lerik şəhərinin park və xiyabanlarında, Lənkəran-Lerik magistral avtomobil yolunun 50-56-cı kilometrliklərində, Lerik-Qosmalıan-Kəlvəz, Noda-Şingədulan-Xanəgah, Piran-Hamarat-Vijaker avtomobil yollarının kənarında, rayonun idarə, müəssisə və təşkilatların həyətlərində və ərazi icra nümayəndəliklərinə məxsus torpaq sahələrində 2800 ədədə yaxın müxtəlif növ ağac və gül kolları əkildi. Eyni zamanda çoxillik ağacların dibləri yumşaldıldı, gövdələri ağardıldı və səliqə-sahman işləri aparıldı.
Rayon icra hakimiyyəti başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri iməcilikdə iştirak edərək ağac əkdilər.

 

Keçidlər