Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın nümayəndə heyətinin üzvləri Lerik rayonunda oldular

17 aprel 2017 | 16:00

18 aprel 2017-ci il tarixdə Lerik rayonu, “Relax” turizm və istirahət mərkəzində keçiriləcək “Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın iştirakçısı olan dövlətlərdə demokratik islahatlar: Azərbaycan Respublikasının təcrübəsi” adlı seminarın iştirakçıları 17 aprel 2017-ci il tarixdə Lerik şəhərində oldular. Qonaqlar öncə Azərbaycan Xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri düzdülər.
Sonra seminar iştirakçıları Heydər Əliyev Mərkəzi və “Uzunömürlülər” muzeyində eksponatlar və rayonun görməli yerləri ilə tanış oldular.
Daha sonra seminar iştirakçıları ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov arasında rəsmi görüş keçirildi. Çay süfrəsi arxasında davam edən görüşdə rayon icra hakimiyyəti başçısı qonaqlara rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirləri qeyd etdi, rayonun turizm potensialı və  son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırdı.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirən seminar iştirakçıları Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onlarda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, Lerikin füsunkar təbiətinin insanda xoş əhval-ruhiyyə yaratdığını  və burada olmalarından məmnun qaldıqlarını bildirdilər.
Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edildi.

 

Keçidlər