Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin Lerik şəhərindən təntənəli yola salınma mərasimi keçirildi

16 mart 2017 | 16:00

16 mart 2017-ci il tarixdə  Heydər Əliyev meydanında rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun təhsildə fərqlənən bir qrup məktəbli uşaqların “Quba - Qusar - Xaçmaz” rayonlarına təntənəli yola salma mərasimi keçirildi.
      Lerik rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər X-XI sinif şagirdi və onları müşayiət edən bir neçə müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Quba, Qusar və Xaçmaz rayonlarının tarix və mədəniyyət abidələrinə, rayonun görməli yerlərinə səyahət edəcək, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
      Tur-aksiya iştirakçılarını yolasalma mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiya iştirakçılarını salamlayaraq, qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlər barədə məlumat verdi, məktəblilərə yaxşı yol arzuladı. Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə etdi.

Keçidlər