Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi

07 mart 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal olan qadınlarla rayon icra hakimiyyəti başçısının görüşü keçirildi.
      Görüşdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 8 Mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə qadınları təbrik etdi. Bildirdi ki, Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Qadınlarımız öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərirlər.
      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Bu gün də ölkə başçısı Prezident cənab İlham Əliyev qadınlara hər zaman diqqət və qayğı göstərir, onun rəhbərliyi altında təhsildə, səhiyyədə, idarəetmə orqanlarında mətbuatda və digər sahələrdə qadınlar hər zaman vəzifədə irəli çəkilirlər.
      Bu yaxınlarda cənab Prezident tərəfindən birinci vitse-prezident təyin olunan Mehriban xanım Əliyevanın ölkəmiz üçün müxtəlif sahələrdə gördüyü işlər, o cümlədən təhsil və səhiyyənin inkişafına, milli-mədəni irsin qorunmasına yönələn nəcib missiyanın öhdəsindən layiqincə gəldiyi hər bir vətəndaşda böyük məmnunluq hissi doğurur. Rayonumuzda müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərir. Onlardan bir neçəsinin fəxri adlara, dövlət təltiflərinə layiq görülməsi ölkə rəhbərliyinin rayonumuzun bütün qadınlarının əməyinə verdiyi qiymətdir.
      Tədbirdə rayonun uzunömürlü qadınları adından 83 yaşlı ağbirçək Xanımbacı Quliyeva və şəhid anaları adından Elmira Vəliyeva çıxış edərək son illər rayonumuzda aparılan tikinti-quruculuq işlərinə, eləcə də qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
      Sonda tədbirdə iştirak edən xanımlara rayon icra hakimiyyəti başçısı adından qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər