Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

07 mart 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Öncə Piran və Şingədulan kənd ərazi icra nümayəndəliklərində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi vasitəsi ilə video-konfransla iki vətəndaş qəbul edilərək dinlənildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 25 nəfər vətəndaş qəbul edildi.
      Qəbulda vətəndaşlar tərəfindən işlə təmin olunma, ünvanlı dövlət sosial yardımın verilməsi, torpaq məsələləri, ev tikintisi, yaşayış evinin qəzalı vəziyyətdə olması, maddi yardım verilməsi barədə səsləndirilən müraciətlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.
      Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbulda iştirak edən qadınlara 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə hədiyyə təqdim edildi.

Keçidlər